Hava çirkliliyi, ekoloji tarazlığın pozulması, qidalara qatılan kimyəvi qatqı maddələri allergik problemlərin də günü-gündən artmasına səbəb olur.
Nəqliyyat vasitələrindən çıxan tüstü, sənaye tulantıları bütün dünyada uşaqlarda, böyüklərdə və yaşlılarda astma, allergik rinit və digər xəstəliklərin yaranmasına səbəb olur.
TurpKimi.com allergiyaya yaxşı təsir edən və evinizin havasını zərərli kimyəvi maddələrdən təmizləyən bitkilər haqda araşdırma aparıb. Allergiyası olanlar mütləq şəkildə bu 12 bitkini evdə yetişdirməlidirlər.
1. Sülh zanbağı
Tünd yaşıl yarpaqları və ağ çiçəkləri ilə həm evə gözəllik verir, həm də evin havasını təmizləyir. Aparılan araşdırmalara görə bu bitki toksiki maddələri və allergiya yaradan elementləri əməllicə təmizləyir.
2. Çin həmişəyaşıl bitkisi - Aqlaonema
Aqlaonema bitkisi NASA-nın təklif etdiyi tənəffüs etdiyimiz havanı təmizləyə bilən bir neçə bitkidən biridir. Havadakı zərərli kimyəvi maddələri və hissəcikləri təmizləyə bilir. Ancaq insan sağlamlığı üçün əhəmiyyətli dərəcədə təhlükə yarada bilər. Buna görə evinizdə yetişdirmzdən əvvəl diqqətli olun.
3. Kauçuk bitkisi - Fikus
Sərt, plastikə bənzər yarpaqlarına görə adına kauçuk bitkisi deyilir. Elmi adı "Ficus elastica"dır. Fikus bitkisi formaldehit, yəni toksin təmizləyicidir. Bu kimyəvi birləşmə uşaqlarda astmanı artırır.
4. Janet craig bitkisi- Dracaena xurma bitkisi
İstər dracaena fragrans, istər janet craig və ya qarğıdalı gövdəsi bitkisi kimi də adlandırın. Allergiyanız varsa, bu cür bitkiləri evinizdə saxlaya bilərsiniz. Astmanı və allergik riniti artıran toluenin havasını təmizləyər.
5. Boston fern
Rütubətli yerlərdə daha yaxşı bitən bu bitki çox az qulluq tələb edir. NASA-da işləmiş keçmiş araşdırmaçı alim "Boston ferni otu havadakı zərərli toksinləri təmizləmək üçün ən təsirli bitkilərdən biridir" demişdi.
6. Paşa qılıncı
İlan bitkisi və ya paşa qılıncı quru yerlərdə bitən bir bitkidir. Havada olan 5 əsas toksinin 4-nü də təmizləyə bilər.
7. Aloe vera
Aloe veradan kosmetik vasitə və ya tibbi məqsədlərlə istifadə edildiyini bilməyən yoxdur, ancaq bu bitkinin faydaları sırasına təmizləyici olması da daxildir. Digər bitkilərdəki kimi formaldehit (zərərli partikulyarları, kimyəvi maddələri) havasını da təmizləyə bilər.
8. Flaminqo çiçəyi
Növünün tək nümunəsi kimi tanına Flaminqo zanbağı parlaq qırmızı çiçəyi ilə otağa həqiqətən xüsusi rəng qatır. Öskürəyə, burun və boğazda qıcıqlanma yaradan, kimyəvi maddə olan havadakı amonyağını da filtrləyə bilər. Ancaq, bəzilərinin bu bitkiyə qarşı allergiyası var. Evinizə gətirməzdən öncə etibarlı olduğundan əmin olun.
9. Bambuk bitkisi (Areka)
Bambuk bitkisi Amerikanın subtropikal və tropik bölgələrinə xas, dünya səviyyəsində bir ev bitkisi kimi məşhurdur. 6 metrə qədər böyüyə bildiyi üçün tipik olaraq bir dekorasiya funksiyası yerinə yetirir. Bambuk palması həm çox gözəldir, həm də havanı baş ağrısı və baş gicəllənməsinə səbəb ola biləcək kimyəvi mürəkkəb olan trikloretilendən təmizləyə bilər.
10. Gerbera çobanyastığı
Çiçəkləri sevirsinizsə və allergiyanız varsa, Gerbera çobanyastığı ən yaxşı yoldaşınız ola bilər. Yaydan payıza qədər çiçək açar və yarpaqları 3 təhlükəli hava çirklədici maddəni təmizləyə bilər.
11. İngilis sarmaşığı
İngilis sarmaşığı sürətlə böyüyən və hər hansı bir səthə dırmaşa bilən bir bitkidir. Bu möcüzəvi bitki evinizin içində olan havadakı toksinləri filtrləyə bilir və tənəffüslə əlaqədar allergiyalara da kömək edir.
12. Hörümçək bitkisi - Xlorofitum
Clorophytum termini, Cənubi Afrikada yaşayan çoxsaylı həmişəyaşıl ot bitkilərini bir araya gətirən bir cinsə aiddir. Xlorofit və ya Klorofitum kimi də bilinən hörümçək bitkisinə qulluq asandır, uzunömürlüdür. Araşdırmalar bu bitkinin daxili mühit hava çirkliliyini azaltmaqda təsirli olduğunu göstərmişdir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 18-04-2021