Alma sirkəsi arıqladır?


Alma sirkəsinin qoxusu çoxları üçün xoşagəlməz olsa da sağlamlıq baxımından faydaları sonsuzdur.  

alma-sirkesi-ariqladir
18.08.2022 21:29 1 dəq oxuma

Təbii alma sirkəsi diyabet xəstələri üçün əhəmiyyətli bir şəfa qaynağıdır. Diyabet xəstələrinin qan şəkəri dəyərlərinin stabil olması üçün çox təsirli vasitədir. Şəkər xəstələri istifadə etdiyi dərman miqdarını alma sirkəsi istehlak edərək azalda bilərlər.

TurpKimi.com xəbər verir ki, müəyyən təcrübələrə əsasən gündəlik 15 ml (1 yemək qaşığı) alma sirkəsi istehlak edənlər ortalama 1.2 kiloqram çəki itirib. 

30 ml (2 yemək qaşığı) istehlak edənlər 1,7 kiloqram itirib.

Bundan əlavə saf  alma sirkəsi  dərini təmizləmək, çirklərdən təmizləmək, canlılıq qazandırmaq və qara nöqtələrdən xilas olmaq üçün tətbiq olunacaq təbii üsullardan biridir. Dərini təmizləmək üçün dərini yuduqdan sonra su və sirkə qarışığını üzünüzə tətbiq edə bilərsiniz. Bu tonik xüsusilə yağlı və qara nöqtələrə meyilli dəriləri təmizləməkdə təsirlidir.


Alma Sirkəsinin Faydaları

Arıqlamağa kömək edir
Qan şəkərinə nəzarət edir və tənzimləyir
Xolesterolu aşağı salır
Şəkər xəstəliyinin digər əlamətlərini azaldır
Boğaz ağrılarını  azaldır
İnfeksiyalarla mübarizə aparır 

Bunu da oxu: Alma sirkəsinin 4 möhtəşəm faydası

 

 Vüsalə Əlövsətqızı, TurpKimi.com