Alma sirkəsinin 4 möhtəşəm faydası


Alma sirkəsindən hər gün 1-2 xörək qaşığı istifadə etməyin faydalarından yazacayıq. 

alma-sirkesinin-4-mohtesem-faydasi
21.04.2022 16:43 3 dəq oxuma

Alma sirkəsi min illərdir ki, xalq təbabətində  istifadə olunur. Yaraları dezinfeksiya etmək, bakteriyalarla mübarizə aparmaq və hətta qan şəkərini tarazlamaq kimi bir çox məqsədlərlə istifadə edilə bilər.

Alma sirkəsində nələr var?

Alma sirkəsi, alma şərabından fermantasiyaya məruz qalaraq hazırlanır.  Fermantasiya zamanı asetik turşu bakteriyaları və mayalar alma şərabındakı spirt və fruktozanı fermentasiya edərək sirkə halına gətirir. Bu sirkəyə tipik kəskin qoxu verir. Alma isə fermentasiyaya uğradıqca yüngül həzm edilən vasitəyə çevrilir. Məhz bu yüngüllüyünə görə, mətbəxdə geniş istifadə edilir, yeməkləri rəfinə edir və yeməklərə təzə, turş bir dad verir.


Alma sirkəsi immun sistemini gücləndirən elementlərlə zəngindir. Alma sirkəsinin əsas komponentləri bunlardır:
A, C və E vitaminləri, B qrupu vitaminlər, kalium, maqnezium, natrium, yod, sink, flor, mis.

TurpKimi.com ev şəraitində hazırlanan alma sirkəsinin sağlamlığa 4 faydası haqda bəzi bilgiləri oxucuları ilə bölüşür:

Qan şəkəri səviyyəsini qoruyar

Sirkənin və xüsusilə  asan həzm edilə bilən alma sirkəsinin sağlamlığa faydaları elmi olaraq sübut edilib.

Alma sirkəsini karbohidratla zəngin bir payla istehlak etmək insulinin həssaslığını artırar. İnsulin daha yaxşı işləyər və karbohidratlardan bədən hüceyrələrinə daha çox şəkər verə bilər. Nəticədə daha çox enerjimiz olar,  yemək yedikdən sonra daha az yuxumuz gələr və qan şəkərində qəfldən yüksəlmələr olmaz.  Bu tarazlayıcı təsiri uzun müddət 2-ci tip diabetin inkişaf riskini azaldar.

Toxluq hissini artırar

Aparılan araşdırmalara görə,  gün ərzində alma sirkəsindən istifadə  edənlər ortalama olaraq 275 kalori daha az istehlak edir.  Bunun səbəbi alma sirkəsinin toxluq hissini artırmasıdır. Arıqlamaq və ya normal çəkinizi qorumaq üçün gərəksiz kaloriləri azaltmaq istəyirsinizsə, daha uzun müddət  sizi tox tutacaq və yaxşı hiss etdirəcək vasitə axtarırsınızsa, gündə bir neçə xörək qaşığı alma sirkəsi istifadə edin. 

Antibakterial təsir

Alma sirkəsi antibakterial vasitə kimi hər evdə mütləq olmalıdır. Min illərdir alma sirkəsindən yaraları təmizləmək və infeksiyaları müalicə etmək üçün istifadə edilib. Alma sirkəsinin mikrobəleyhinə təsiri elmi olaraq sübut edilib. Sirkə bakteriya və göbələklərlə də mübarizə aparan təsirli vasitələrdən biridir. Yaraları dezinfeksiya etmək və ya bədəndəki, dəridəki iltihabı azaltmaq üçün alma sirkəsi bir nömrəli vasitədir. Ancaq şiddətli narahatlıq, ağrı və ya həddindən artıq qızdırmanız varsa,  mütləq həkimə müraciət etməlisiniz.

Sağlam, parlaq saçlar

Alma sirkəsində olan vitaminlər, xüsusilə A vitamini gündəlik qəbul edildikdə həm daxilən, həm də xaricən müsbət effekt yaradır.  Alma sirkəsi dəri və saç sağlamlığı üzərində  bir çox müsbət təsirə malikdir. Alma sirkəsi saç kremi kimi istifadə edilə bilər. Saç dərisi iltihabını və kəpəyi aradan qaldırmaqda təsirli olduğu sübut edilib. 

Sirkədəki fermentlər saçı qoruyur və rənglərin parlaq olmasına kömək edir. Saç kremi kimi alma sirkəsi sabun köpüyü və şampun qalıqlarını təmizləməyə kömək edir. Saçlarınız daha sağlam qalır və canlı, parlaq görünür. Alma sirkəsini xam halda, yəni suya qatmadan başınıza və ya dərinizə sürtməyin. Ev üsulu   saç kremi hazırlamaq  üçün bir litr suya təxminən 2 yemək qaşığı alma sirkəsi əlavə edin.

Bundan əlavə, alma sirkəsini suya, salatlara əlavə edərək istehlak edə bilərsiniz. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com