Heç tərkibində ət olmayan qamburgeri dadlı edən bəs nədir?
Mənfəət əldə etmək məqsədiylə bazara çıxarılan saxta məhsullar insanların sağlamlığı ilə oynayır. Saxta məhsulları anlamağın asan yolları da var. Hətta saxta qidaların bir çoxu özlərini biruzə verə bilir. Bəs bunu anlamaq və müəyyən edə bilmək üçün nə etməliyik?
TurpKimi.com məhsulun saxta və ya təzə olduğunu göstərən üsulları təqdim edir:
Yaşıl noxud
Yaşıl noxud göründüyü qədər təzə deyil. Yəni rəngi gerçək olmayacaq qədər yaşıldırsa, məhsulda rəngləndiricidən istifadə olunub. Saxta olan yaşıl noxudda natrium metabisulfid və rəngləndiricilər olduğu üçün xərçəng xəəstəliyinə və metabolizmada problemlərin yaranmasına səbəb olur.
Yumurta
Çin Səhiyyə Nazirliyinin məlumatına görə, saxta yumurta benzoik turşusu, natrium alginat və daha bir çox zərərli tərkiblərlə zəngin olur. Ona görə də bir yumurtanın hər tərəfi saxta ola bilər. Bu problem daha çox Asiya ölkələrində tez-tez rast gəlinir. Saxta yumurta almamaq üçün bunlara diqqət edin: saxta yumurtanın qabığı çox sərt olur. Adətən, gerçək yumurtalardan daha böyük olurlar. Əgər qabığı yaxşıdırsa, yumurtanın sarısına fikir verin. Əgər çox sarıdırsa, saxtadır.
Alma
Təəccübləndirə bilər, amma almalar da saxta ola bilir. Çünki çox yaxşı görünmələri və gözəlimli olmaları üçün kimyəvi maddələrlə yetişdirilirlər. Bundan başqa, istifadə müddətini uzatmaq üçün almalar mumlanır, bu da sağlamlığa zərərlidir. Odur ki, saxta alma almaq istəmirsinizsə, çox parlaq, gözəgəlimli, yaşıl və dairəvi görünən almaları almaqdan uzaq durun, saxtadır!
Qamburger əti
Qamburger əti adi çəkilmiş ətdən ibarət deyil. 2016-cı ildə “İmpossible Foods” şirkəti nişasta, genetik cəhətdən dəyişdirilmiş maya və buğda toxumundan ət hazırlayaraq ortaya çıxardı. Bundan başqa, burger əti, adətən soya və digər paxlalardan hazırlanır ki, gerçək ətdən daha çox dadlı olur. Bəs saxta ət yeməmək üçün nə etməliyik? Çox sadə: qamburgerinizi evdə özünüz hazırlayın və “fast food” yeməkdən uzaq durun.
Krem Şanti
Bəzi istehsalçılar o qədər bacarıqlıdır ki, krem hazırlamaq üçün kremə ehtiyacları olmaz. Düzdür, tərkibində süd olur, amma saxta krem şantinin tərkibindəki südün miqdarı olduqca azdır. Alacağızın krem şantinin gerçək olması üçün tərkibində bitki yağları və şəkər olmamalıdır.
Darçın
Cassia – hər yerdə darçın olaraq satılan məşhur və ucuz alternativdir. Fərqli qoxusu var və ən asası sağlamlıq üçün təhlükəlidir. Hətta migrenə də səbəb olur. Bəs necə ayırd edilə bilər? Belə ki gerçək darçını qırmaq çox asandır.
Firuzə Alimova / TurpKimi.com