Alt paltarı seçərkən nələrə diqqət etmək lazımdır? - Qadınların çoxu bunu bilmir


Alt paltarı seçərkən edilən 8 səhv

alt-paltari-secerken-nelere-diqqet-etmek-lazimdir
29.11.2021 18:55 3 dəq oxuma

İnsanların çoxu alt paltarını lazım olduğu qədər tez-tez dəyişmir. Hətta bəziləri eyni alt paltarını 2 gün və ya daha çox geyir. Bu böyük bir səhvdir. Əslində alt paltarı məsələsində çoxumuzun bilmədən etdiyi başqa səhvlər də var. 
Alt paltarı seçərkən bilmədən etdiyimiz bu səhvlər sağlamlığımıza ciddi zərər verir. TurpKimi.com həmin edilən səhvlər haqda bəzi məlumatları təqdim edir:

1-Dantelli, küpürlü alt paltarı seçmək

Küpürlü və dantelli alt paltarları qapalı və pambıq materialında olanlardan görünüşcə seçilsə də sağlamlıq üçün ciddi zərərləri var. Küpür və digər sintetik parçalar təri asanlıqla əmmir və nəfəs almadığı üçün bakteriyalar üçün çoxalmaq üçün mükəmməl şərait yaradır. Bu da dəri problemlərinə  və müxtəlif infeksiyalara səbəb olur. Pambıqlı alt paltarı sevmirsinizsə, heç olmasa alt hissəsinin   pambıqlı olduğundan əmin olun. Beləliklə, göbələk infeksiyalarının inkişafının qarşısını almış olarsız. 

2-İdmanla məğul olarkən səhv alt paltarı seçmək 

Bəziləri alt paltarının məşq üçün  uyğun olduğundan əmin olmaq yerinə qəşəng idman paltarları seçmək üçün çox zaman xərcləyir.  Diqqət! Alt paltarınızı seçərkən dar olanları seçməyin, çünki nəmi dəridə saxlayaraq dərinin aşınmasına, qızarmasına səbəb olurlar. 
Təbii parçalardan hazırlanmış və sizin hərəkətlərinizi  məhdudlaşdırmayan alt paltarları seçmək ən yaxşısıdır. İdmandan sonra alt paltarınızı dəyişdirməyi unutmayın. Unutsanız vaginal axıntı və tər, qaşınmaya yol aça bilər.

3-Paltar qurudan maşına atmaq 

Alt  paltarlarınızı qurutmağın ən sürətli yolu quruducuya atmaqdır. Ancaq qurutma maşını bu paltarlarınızı uzun müddət istifadə etməyinizə mane olur. İstilik parçanın büzüşməsinə və süzülməsinə səbəb olur. Alt  paltarlarınızı mümkünsə qurutma asqısına sərin, kiçik olduqlarından da qurumaları uzun çəkməz.

4-Ətirli yuyucudan istifadə etmək 

Paltar yuyarkən xanımların etdiyi ən böyük səhvlərdən biri də ətirləndiricilərdən istifadə etməkdir.  Yuyucunuzda olan bu süni qoxular qızartı və allergik reaksiyalara səbəb olub qaşınma yarada bilər. Bu bölgənin ətrafındakı dəri daha həssas olduğundan qoxusuz hipoallergik yuyucu  tozları seçin.

5-Səhv kəsilişdə  alt paltarı seçmək 

Bir alt paltarının modaya uyğun olması və ya yaxşı görünməsi mütləq sizə yaraşacağı mənasını verməz.
Sizə uyğun olmayan alt paltarı sizə yalnız narahat edici izlər yaratmaqla qalmaz, eyni zamanda müxtəlif dəri narahatlıqlarına və sidik yolu infeksiyalarına da səbəb ola bilər.

 6-Korset istifadə etmək 

Paltarın altından geyilən korsetlər sizin möhtəşəm görünmənizi təmin etsə də çox istifadə etdiyinizdə sağlamlığınıza ciddi zərərlər verə bilər.
Korset bədəninizi sıxır, dəri məsamələrinə təzyiq edir. Hətta uzun davamlı ağrıya səbəb olan sinir sıxışmasına belə səbəb ola bilər.

7-Alt  paltarı ilə yatmaq 

Gecə yuxunun dadını çıxartmaq istəyirsinizsə, alt paltarsız yatın. Araşdırmalara görə, bədən paltardan azad olanda dəri rahat nəfəs alır.  

8-Tikişli və detallı alt paltarı geymək 

Küpür və fırfır kimi bir çox kiçik detal paltarınızı sevimli göstərsə də tikişsiz alt  paltarları seçmək bədəniniz üçün daha yaxşıdır. Möhkəm elastik bantlar dərini sıxışdırıb qızarda  bilər və bu qızartılar dərinləşərsə yaraya çevrilər. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com