Ana-atalar körpələri ilə bağlı bunları - mütləq bilməlidir


Həkimi nə vaxt çağırmalı?

ana-atalar-korpeleri-ile-bagli-bunlari
03.04.2020 21:00 2 dəq oxuma

Yeni ata-anaların öz körpələrinin xəstələnməsi ilə bağlı narahatlığı normal haldır. Bəs onlar körpənin həqiqətən xəstələndiyini nədən bilməli və bu zaman nə etməlidirlər?

TurpKimi.com bildirir ki, xəstəliyin əlamətlərini öyrənmək sənə həkimi nə vaxt çağırmaq gərək olduğunu başa düşməkdə kömək edər.

Əgər körpənin yaşı 3 aydan azdırsa, aşğıdakı hallarda həkimi çağırmaq lazımdır;

- Körpənin hərarəti 38 dərəcədən artıqdır və paltar dəsti çıxarıldıqdan sonra 20 dəqiqə ərzində düşmürsə;

- Körpənin hərarəti 36,3 selsi dərəcədən azdır və ana əlavə paltar geyindirilməsinə baxmayaraq, 20 dəqiqə ərzində qalxmırsa;

- Körpə gözlənilmədən nprmal olaraq yediyindən az yeməyə başlayır, əlavə xəstəlik əlamətləri nümayiş etdirir və ya yemək üçün oyanmır;

- Körpə ardıcıl olaraq iki dəfədən çox, bir çay qaşığından artıq qusuntu qaytarır, qusuntu püskürür, parlaq sarı rəngdədir və ya körpə digər xəstəlik əlamətləri nümayiş etdirir;

- Körpə 6 saatdan artıq müddətdə sidik ifraz etmirsə və ya 24 saat ərzində 6 bezi islatmırsa; 

- Boynun tutulması;

- Körpənin əmgəyi, o ağlamadıqda belə, çxıntı şəklindədir və 45 dərəcəlik bucaq altında durur;

- Letargiya;

- Huşsuzluq vəziyyəti;

- Yumşaq, şişmiş qarın boşluğu və ya yumurtalıqlar;

- Başın ətrafında tünd qırmızı nöqtələr və ya ləkələr;

- Körpə, ona toxunduqda və ya hərəkət etdirdikdə, ağlayır;

- Göyərmiş dodaqlar;

- Xırıltılı öskürək;

- Dəqiqədə 60 dəfədən artıq ritmlə nəfəs alma, çətinləşmiş nəfəsalma, fitli nəfəs və ya nəfəs vermə zamanı cığıltı;

- 2 və ya 3 saatdan artıq dayanmadan ağlamaq;

Firuzə Alimova / TurpKimi.com

loading...