Ana bətnindəki uşaq üşüyə bilərmi? - Araşdırmanın maraqlı nəticələri


Hamiləliklə bağlı son araşdırma...

ana-betnindeki-usaq-usuye-bilermi
19.10.2022 00:59 1 dəq oxuma

Hamilələr tərəfindən tez-tez verilən “ana bətnindəki uşaq üşüyürmü” sualı bu araşdırmanı aparmağa səbəb olub. Əldə edilən nəticələr isə təəccübləndirib.

TurpKimi.com bildirir ki, mütəxəssislər bundan əvvəl ana bətnində uşaqların dad və qoxulardan üzlərini turşutduqlarını açıqlayıb. Həmçinin hamiləlik vaxtı körpənin səslərdən təsirləndiyi də məlum olub.

Ana ilıq suyla duş alarkən körpənin ananın əhval-ruhiyyəsindən xoşbəxt olduğu, sevincli ananın uşağa da müsbət təsir etdiyi müəyyən edilib.

Bətndəki körpənin üşüyüb-üşüməməsinə gəldikdə isə aparılan araşdırmanın nəticələrinə görə, uşaqların hava şəraitindən təsirlənmədiyi ortaya çıxıb.

Ana üşüyərsə və ya depressiyaya düşərsə, müəyyən sağlamlıq problemi yarana bilər. Amma bətnindəki körpə bundan təsirlənməz. Lakin hamilə qadınlar ayaqlarını isti saxlamağa diqqət etməlidir. Mütəxəssislər bildirir ki, hamilələrin ayaqları üşüyərsə, köpün, qazın yaranmasına səbəb olur. Bu da bətndəki körpəni çox narahat edəcək.

Firuzə Alimova / TurpKimi.com