Ana kömək etdiyi şəxsin öz qızı olduğunu bilməyib


Təcili tibbi yardımda işləyən həkim kömək etdiyi şəxsin öz qızı olduğunu bilməyib. 

ana-komek-etdiyi-sexsin-oz-qizi-oldugunu-bilmeyib
24.11.2022 17:17 1 dəq oxuma

Kanadanın Albertə əyalətində baş vermiş yol qəzası nəticəsində yaralılara müdaxilə etmək üçün gələn təcili tibbi yardım həkimi yaralılardan birinin qızı olduğunu öyrənəndə artıq gec olub. 

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki,  tibbi müdaxilə üçün hadisə yerinə gedən təcili yardım həkimi Cayme Erikson müdaxilə etdiyi ağır yaralı gəncin öz qızı olduğunu bilməyib. 
 
Əzilmiş maşından iki gənc yaralını çıxardan və ona ilkin tibbi yardım göstərən Erikson həmin an 17 yaşlı qızını tanımayıb. Qızın yaraları ciddi olduğundan onu təcili yardım vertolyotu ilə Foothills Tibb Mərkəzinə aparıblar. "Bir təcili yardım işçisi kimi ən böyük kabusum başıma gəldi. İşdən sonra evə gəldim.  Sonra evimin qapısı döyüldü və həyatım sonsuza qədər dəyişdi. Müdaxilə etdiyim ağır yaralının mənim canım və qanım olan qızım Montana olduğunu öyrəndim.

Qəza noyabrın 15-də baş verib. Ana Erikson qızının qəzadan sonra tanınmaz halda olduğunu deyib.  "Yaraları o qədər qorxunc idi ki, onu tanıya bilmədim. Sonra qızımı görmək üçün Foothills Tibb Mərkəzinə getdim və qızımın öləcəyini öyrəndim. Bu gün isə kiçik qızımla vidalaşdım. 17 il kifayət qədər uzun bir zaman deyil. Paramparça oldum. Onun əsla məzun olduğunu, evləndiyini görə bilməyəcəyəm". 

Vüsalə Əlövsətqızı, TurpKimi.com