Evlilik həyatının xoşbəxt və uzunömürlü oması üçün uşaq əsas şərtlərdən biridir.
Ailə həyatı quran hər bir qadın ana olmaq istəyir. Ana olmaq üçün qadın sağlamlığı xüsusilə önəmlidir. Yumurtalıqların fəaliyyətinin yaxşı olması üçün balanslı şəkildə düzgün qidalanmaq və yumurtalıqların fəaliyyətinə yaxşı təsir edəcək vitamin və mineralları təbii şəkildə qəbul etmək məsləhətdir.
TurpKimi.com xəbər verir ki, doğuş üzrə mütəxəssislərin qənaətinə görə, ana olmaq şansını artıran qidaların siyahısını təqdim edir.
Tərəvəzlər
Yaşıl yarpaqlı tərəvəzlər: İspanaq, çuğundur və digər tünd yaşıl yarpaqlı tərəvəzlərin tərkibində olan fol turşusu yumurtaların keyfiyyətini artırır. Bundan başqa, genetik anormallıqlara bağlı uşaqsalma riskini də azaldır.
Gül kələmi: Ovulyasiya üçün həyati əhəmiyyət daşıyan C vitamini və fol turşusu baxımından zəngin qidadır.
C vitamini progesteron hormonunun hüceyrə daxilinə nüfuz etməsinə yardımçı olur.
Brüssel kələmi: Fol turşusu ilə zəngin olan Brüssel kələmi mayalanmış yumurtanın uşaqlığa yerləşməsinə kömək edir.
Kələm: Kələm di-indol methan baxımından zəngindir. Bu maddə uşaqlığı endometriozis və miyomlardan qoruyur.
Kartof: C vitamini baxımından zəngin və lüteal faza çatışmazlığı olan qadınlar üçün xüsusilə faydalıdır.
Yerkökü: Beta-karoten baxımından zəngin olan kök yumurtalıqlarda ovulyasiyanın keyfiyyətini artırır, hamilələrdə uşaqsalma riskini azaldır.
Meyvələr
Narın tərkibində oan C vitamini progesteron hormonunun hüceyrə daxilinə nüfuz etməsini asanlaşdırır və uşaqlığın daxili təbəqəsi olan endometriumunda mayalanmış yumurtanın yerləşməsi üçün hazırlanmasına kömək edir. Bundan başqa, cinsi istəyi də artırır.
Avokado: Fol turşusu, E vitamini, lif, doymamış yağ turşuları və minerallarla zəngindir. E vitamini endometriumun təkmilləşməsinə kömək edərək mayalanmış yumurtanın uşaqlığa yerləşməsinə kömək edir.
Banan: B6 vitamini və kalium mineralı baxımından zəngindir. Yumurtanın keyfiyyətini artırır.
Qırmızı meyvələr (tut, moruq, qaragilə): Bol miqdarda C vitamini və fol turşusu ehtiva edən qırmızı meyvələr progesteron hormonunun hüceyrə daxilinə nüfuz etməsinə kömək edərək hamilə qalma şansını artırır.
Heyvan mənşəli zülallar
Yağsız ət (toyuq, qırmızı ət): Dəmir və əsas yağ turşuları baxımından zəngindir. Dəmir çatışmazlığı qadınlarda ovulyasiya prosesində müəyyən problemlərə səbəb olur. Həftədə 2 dəfə yağsız ət istehlak etmək lazımdır.
Yumurta: D vitamini, koli, omeqa-3 yağ turşuları və fol turşusu baxımından zəngindir. Yumurtanın tərkibində olan elementlər Polikistik Yumurtalıq Sindromu (PCOS) və miyom kimi xoş xassəli şişlərin mayalanmaya əngəl olmasıın qarşısını alır. Həmçinin yumurtanın keyfiyyətini artırır. Gündə 1 və ya 2 yumurta fərqli şəkillərdə yeyilməlidir.
Qabıqlı dəniz məhsulları
Xərçəng, dəniz ilbisi kimi qabıqlı dəniz məhsulları: B12 vitamini ilə çox zəngin olan bu dəniz məhsulları mayalanmış yumurtanın uşaqlığa problemsiz daxil olmasına yardımçı olurlar.
Alabalıq: Omeqa 3 yağ turşuları baxımından çox zəngin olan alabalıq yumurtanın keyfiyyətini artırır.
Ədviyyatlar
Sarıkök: C, E vitamini ilə fol turşusu, beta karoten və lutein kimi antioksidantlar baxımından zəngin olan sarıkök aybaşı pozğunluğunun qarşısını alır. Antioksidantlar orqanizmdə əmələ gələn zərərli sərbəst radikalları təsirsiz hala gətirərək yumurtanın keyfiyyətini yüksəldir.
Sarımsaq: Antioksidantlar və selen baxımından zəngindir. Selen yumurtanın keyfiyyətini artırır.
Zeytun yağı: Antioksidantdır, doymamış yağ turşuları ilə zəngindir. Qadınlarda insulin dirəncini azaldaraq məhsuldarlığın artırılmasına kömək edir.
Çərəzlər
Badam: Tərkibindəki E vitamini və omeqa 3 yağ turşuları yumurtanın keyfiyyətini artırır.
Qoz: Omeqa 3 yağ turşuları, maqnezium və lif baxımından zəngin olan qoz antioksidant tərkiblidir. Bu da yumurtanın keyfiyyətini artırır.
Balqabaq və günəbaxan toxumu: Sağlam çoxalma sistemi üçün lazım olan sink və antioksidantla zəngin olan bu toxumlar çoxalma orqanlarında qan axınını artırır.
Kətan Toxumu: Omeqa 3 və liqanin baxımından çox zəngindir. Liqanin miyoma və kistaların kiçilməsinə kömək edərək məhsuldarlığın artırılmasına yardımçı olur. Omeqa 3 yağ turşuları, antioksidantlar hüceyrə məhvini azaldaraq və bətndə qan axınını artıraraq hamiləliyin uğurlu davam etməsinə kömək edir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 26-03-2019