Ana südündə alimləri heyrətləndirən - MÖCÜZƏ


Ana südü nədir və tərkibində nələr var?

ana-sudunde-alimleri-heyretlendiren
30.11.2018 16:33 3 dəq oxuma

Dünya Sağlamlıq Təşkilatı tərəfindən körpələrin ilk 6 ayda yalnız ana südü ilə qidalanmasını, 6-cı aydan sonra əlavə qidalarla yanaşı ana südünün 2 yaşına qədər davam etdirilməsini məsləhət verməkdədir.

İnsan zərrəcikdən meydana gəlir desək yanılmarıq. Zərrəcikdən başlayan və 9 ay davam edən həyata hazırlıq dövrünün hər anı möcüzədir. Lakin bu möcüzə doğuşla başa çatmır. Ana südü ilə davam edir. Körpənin ehtiyacına görə tərkibi dəyişən bu mayə elm adamları tərəfindən müxtəlif yollarla araşdırılmış və hər dəfə onları heyrətləndirən nəticələr əldə edilib. Gözlərini dünyaya açdıqları andan etibarən müdafiəsiz olan körpələr üçün ilk 6 ayda ana südü içmək həyatda qalmaq üçün ən vacib qaynaqdır.

Ana südü xəstəliklərin qarşısını alır

Aparılan araşdırmalara görə, ana südü ilə qidalanan uşaqların sonrakı illərdə digər uşaqlarla müqayisədə daha sağlam olduqları görünür. Belə ki ana südü ilə qidalanan uşaqlarda üst tənəffüs yollarının infeksiyaları, orta qulaq iltihabı, pnevmoniya və diareya riski digərlərinə görə daha aşağı olur. Həmçinin piylənmə və koronar arteriya xəstəliyi riski ana südüylə qidalanan uşaqlarda daha azdır.

Ana südündəki uzun zəncirli yağ turşuları qavrama və tanıma qabiliyyətləri səbəbindən başqalarından daha yaxşıdır. Bundan başqa, zəkaları və nevroloji səviyyələri daha yaxşı inkişaf etmiş olur. Ağız və çənə quruluşu daha düzgün, diş çürükləri daha azdır. 6 aydan daha çox ana südüylə qidalanan uşaqlarda döş xərçənginə tutulmas ehtimalı daha azdır. Bir ildən çox ana südü içən uşaqlarda isə diabet riski təxminən iki dəfə azdır.

Beyin və zəkanın inkişafına təsir edir

Ana südü ilə qidalanan uşaqların beynini araşdırarkən əmizdirilən və əmizdirilməyən uşaqlar arasında, onların beyninin inkişafında fərqlilik nəzərə çarpıb. Araşdırmalar əmizdirilən uşaqların daha yüksək zəka qabiliyyətinə (İQ) sahib olduqlarını və yaşlandıqca nəyisə öyrənməkdə problemlərin aşağı olduğunu göstərib.

Əmizdirən anaların depresiyaya düşmə riski aşağıdır

Doğuşdan sonra depresiya, doğuşdan bir müddət sonra yarana biləcək depresiya növüdür və ümumilikdə anaların 15 faizinə təsir edir. Əmizdirən qadınların erkən doğum zamanı və ya doğuşdan sonra depresiyaya düşmə riski daha aşağıdır.

ANA SÜDÜNÜN TƏRKİBİNDƏ OLAN FAYDALI MADDƏLƏR

Proteinlər: Ana südündə 9 protein fraksiyası var və proteinin tərkibindəki amin turşuları yüksək səviyyədədir.

Karbohidratlar: Ana südündə olan karbohidrat laktozadır. Laktoza körpənin qan şəkərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Həmçinin kalsiumun əmilməsini qüvvətləndirən təsiri var. Laktozanın qalaktoza hissəsi yağlarla birləşib körpənin beyin toxumasının inkişafını təmin edir. Laktoza eyni zamanda bağırsaqda zərərli olmayan mikroorqanizmlərin çoxalmasına səbəb olur (probiotik təsir). Bu, bağırsaq infeksiyalarını əhəmiyyətli dərəcədə azaldır.

Yağlar: Yağlar yeni doğulan körpələr üçün enerji qaynağıdır. Beynin inkişafı üçün yağ turşularına ehtiyacı olan körpələr bunu ana südündən alımış olurlar. Körpələr üçün yağ çox əhəmiyyətlidir. Beyin və sinir sisteminin inkişafı, gözdəki retinal funksiyalar üçün zəruri  olan doymamış yağ turşuları da ana südündə olur.

Minerallar: Ana südündə kalium, kalsium, sink və natrium var. Bu minerallar körpənin ehtiyacına uyğun olaraq formalaşır və inkişaf prosesində öz yerini tutur.

Fermentlər: Ana südündə həzmə kömək edən 20-dən çox fermentlər vardır. Bu maddələrin bir hissəsi uşaqda həzmi asanlaşdırdığı halda, bəziləri bədəndə mikrobların bədəndə təsir gücünün azaldılmasına dəstək verir.

Firuzə Alimova / TurpKimi.com