Körpə üçün ən ideal qida ana südüdür. Fərqli səbəblərə görə körpələr ana südü ilə qidalanmaya bilər. Bu zaman alternativ vasitələrdən istifadə etmək məcburiyyətində qalırsan.
TurpKimi.com xəbər verir ki, burda əsas məsələ qidanın tərkibində körpənin immun sistemini formalaşdıran, qidalandıran, onu vitamin və minerallarla təmin edən komponentin olmasıdır. Hər nə qədər təbii, üzvi maddələrlə hazırlanan uşaq qidası olsa da, tərkibindəki qatışıqların zərəri xeyirindən daha çox olur.
SÜD - bütün dişi məməlilərin laktasiya dövründə döşlərində olan süd vəzilərindən süd kanalları vasitəsi ilə gələn və balanın qidalanması və immunitet sisteminin formalaşması baxımından çox yüksək dəyərdə olan bir mayedir. Hər ananın balasına kifayət edəcək qədər südü olur. Sadəcə olaraq doğumdan sonra müəyyən səbəblərə görə süd çatışmazlığı yarana bilər.
Bütün məməlilərdə olduğu kimi ana südü körpənin inkişafı üçün çox əhəmiyyətlidir. Dünya Səhiyyə Təşkilatı və dünyadakı bütün həkimlərin tövsiyəsinə görə, körpənin immunitet sisteminin sağlam formalaşması üçün ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanması şərtdir. Ancaq müxtəlif səbəblərə görə, körpəyə ana südü verilməyə bilir. Aparılan elmi tədqiqatlara görə, ana südünə ən yaxın süd olan keçi və ya eşşək südü istifadə etmək körpə üçün daha faydalı olacaq.
ANA SÜDÜNƏ ƏN YAXIN SÜD
Ana südünün 100 qramında 70 kilo kalori var. 100 qram inək südündə isə 60 kilo kalori olur. Bu da uşağı qidalandırmağa çatmır. Qoyun südünün 100 qramının qidalılıq dəyəri isə 108 kkal-dır. Bu da uşağın boş yerə artıq çəki alması deməkdir. Keçi südünün 100 qramında olan 69 kkal və 4 qram yağ isə ana südünə ən yaxın dəyərlərdədir. Bundan başqa, keçi südü ana südünə çox bənzəyən homogen quruluşdadır. Natrium və kalsium baxımından zəngin olan keçi südünün qəbul edilməsi çox asandır, laktozaya qarşı həssas olan körpələrə belə asanlıqla və inamla verilə bilər. Keçi südü həmçinin ana südünün yetmədiyi hallarda və inək südünə qarşı allergiyası olan uşaqlarda də istifadə edilə bilər.
Eşşək südünün laktoza dəyəri 6-dır. Ana südünün laktoza dəyəri isə 7-dir. Həmçinin ana südündə olan zülal dəyəri 1.5 ikən, eşşək südündə bu qiymət təxminən 2.5-dir. Bundan başqa, eşşək südündə bədəndəki mikroorqanizmləri parçalayan lizozim maddəsi də var. Bu maddə ilə uşağın immunitet sistemi daha çox güclənir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
23-07-2019