Ana südünü körpəsinə niyə uzun müddət verməlidir? - 15 faydası


Uzun müddətli süd verməyin ana və körpə üçün 15 faydasını bilirdinizmi?

ana-sudunu-korpesine-niye-uzun-muddet-vermelidir
05.12.2021 19:52 3 dəq oxuma

TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki,  Qadın xəstəlikləri və doğuş üzrə həkim  Gülbin İşgören ana südünün körpə və anaya faydaları haqqında danışıb. 
 
 Ana südünün, ana və körpə üçün bir çox faydası var. Bu səbəblə də doğuşdan dərhal sonra körpələrin ana südü ilə qidalanması və bunun ilk 6 ay yalnız ana südü ilə davam etməsi təklif edilir.  6 aydan sonra ana südünə əlavə dəstək qidalar ilə qidalanma proqramının yaradılması və əmizdirmə prosesinin də 2 yaşına qədər davam etməsi xüsusi əhəmiyyət daşıyır. Çünki körpə ana südü ilə nə qədər uzun müddət qidalansa,  faydası o qədər çox və qalıcı olur.
 

UŞAĞIN BÖYÜMƏSİ VƏ İNKİŞAF ETMƏSİ ÜÇÜN ANA SÜDÜ ŞƏRTDİR!

Ana südü körpə üçün ən yaxşı, ən təzə, ən təbii və ən təmiz qidadır. Uşağın böyümə və inkişafı üçün; Kifayət miqdarda yağ, karbohidrat, su, zülal, vitamin və mineral ehtiva edir. Uşağın inkişafı ərzində dəyişən ehtiyaclarına uyğun olaraq südün tərkibi də dəyişir. Ana südü sərfəlidir, hər zaman uyğun temperaturda və quruluşdadır. Hazırlıq tələb etməz və əziyyətsizdir. Ən önəmlisi əmizdirmə zamanı ana və körpə arasında çox özəl və gözəl bir bağ qurulmasını təmin edir.

ANA SÜDÜNÜN KÖRPƏYƏ 9 FAYDASI

 1. Doğuşdan sonra gələn ilk sarı süd körpənin ilk peyvəndidir və körpəni xəstəliklərə qarşı qoruyur.
 2. Ana südü gələcəkdə  tərkibində olan mineral və vitaminlərlə immunitet sistemini gücləndirir,  uşağı infeksiyalardan və astma, ekzema kimi allergik xəstəliklərdən qoruyur.
 3. Həzmi asandır. Ana südü əmən uşaqlarda qidalanma problemləri, qaz, qəbizlik, bişməcə kimi problemlər daha az görülür.
 4. Ana südü ilə qidalanan körpələrdə anemiya daha az olur və xərçəng nisbəti daha aşağı olur.
 5.  Ani körpə ölümü riski ana südü ilə qidalanan körpələrdə olduqca azdır.
 6. Körpəliyində ana südü əmən  şəxslərdə uzun müddət köklük, şəkər, xolesterin yüksəkliyi və infarkt riski aşağıdır. 
 7. Erkən doğuşla bağlı yarana biləcək risklər ana südü ilə azalır. 
 8. Ana südü ilə qidalanma uşaqlıq çağında diş çürüklərinin yaranmasına mane olur.
 9. Ana südü zəkanın inkişafına müsbət təsir edir. Bunu elm də dəfələrlə sübut edib.

Əmizdirmənin anaya verdiyi 6 fayda


 10. Əmizdirmə zamanı ifraz olunan oksitosin hormonu sayəsində uşaqlıq yığılır və doğuşdan sonrakı qanaxma miqdarı azalır.
 11. Əmizdirmə ilə gündə orta hesabla 500-750 kalori xərclənir və beləliklə, hamiləlik əsnasında alınan çəkinin atılması asanlaşır.
 12. Uzun müddət əmizdirən qadınlarda Tip 2 diabet, yüksək təzyiq və ürək xəstəliyi riski azalar.
 13. Əmizdirmə  döş və yumurtalıq xərçəngi riskini azaldır.
 14. Nizamlı olaraq əmizdirmə yumurtlamanın  başlanmasını gecikdirir, doğuma nəzarət təmin edilərək ikinci hamiləlik arasındakı müddət uzanır.
 15. Əmizdirmə zamanı ifraz olunan hormonlar zahılıq dövründə olan depressiya riskini azaldır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 14-07-2019