Ana südünü necə artırmaq olar? - Xalq təbabətində


Südü azalan analar dərd etməyin...

ana-sudunu-nece-artirmaq-olar
11.02.2022 10:59 1 dəq oxuma

Körpə dünyaya gələn kimi ilk olaraq ana südüylə qidalandığı üçün südün artırılması vacib şərtlərdəndir. Bəzən qadınlar bunun yollarını bilmədikləri üçün südləri kəsilir və körpə süni yeməklərlə qidalanmağa məcbur buraxılır. Süni yeməklər isə əlbəttə ki, ana südünü əvəz edə bilməz.

TurpKimi.com qadında südün artırılması üçün xalq təbabətində göstərilən əlacları təqdim edir:

1 – Təzə üzüm yemək lazımdır

2 – Küncüd ununu doşabla (bəhməz) yemək məsləhət görülür

3 – Razyana suda qaynadılır, şəkər əlavə olunur və stəkanla içilir

4 – Təzə pendir suda qaynadılır, suyu içilir

5 – Bir baş kahı yeyilir

6 – Bişmiş noxud yeyilir

7 – 10 qram pambıq toxumu həvəngdə narın döyülür, bir qədər süd ilə qarışdırılaraq gündə 3-4 dəfə çay qaşığı ilə içilir.

Firuzə Alimova / TurpKimi.com

Dərc olunub: 21-08-2019