Süfrələrimizdən əskik etmədiyimiz qatığın faydalarından çox bəhs edilib. Qatığın daha bir faydasının olduğu sübut edilib.
TurpKimi.com türk mediasına istinadla xəbər verir ki, Mustafa Kamal Universitetində aparılan elmi araşdırmada içərisində yüksək miqdarda bakteriya olan, ən azı 24 saat mayalanmış qatıq və qatıq suyunun qrip başda olmaqla oxşar tənəffüs yolu infeksiyalarından qoruduğu məlum olub.
İnfeksiyalardan qorunmağın ən önəmli yollarından biri də immunitet sistemimizin istehsal etdiyi immunoqlabinlərdir, yəni anticisimlərdir. Prof. Dr. Nizami Duran və qrupu tərəfindən aparılan araşdırma 2 ilə 10 qata qədər qoruyucu anticisimlərin (qoruyucu mayelər), qatıq bakteriyaları ilə nizamlı bəslənən heyvanlarda yüksək olduğu təsbit edilib. Bu, qatıqla bəslənən canlıların, qrip başda olmaq üzrə üst tənəffüs yolu infeksiyalarına qarşı 10 dəfəyə qədər daha yüksək nisbətdə qorunduğu məlum olub.
Qrip kimi infeksiyalardan qorunmağın ən birinci yolu immunitet sistemini güclü etmək və balanslı bəslənməkdir.
Balanslı bəslənmənin ən birinci şərti isə içərisində faydalı mikroorqanizmlər olan fermentlə zəngin qidaların istehlak edilməsidir. Qatıq bu cəhətdən zəngin qidadır.
Süd keyfiyyətli, bakteriya sayı çox olan maya ilə mayalandıqda və ən azı 24 saat isti mühitdə, hətta dadı bir az dəyişənədək, turşməzə tam alanadək gözlədilməlidir.
Mayalanmış qatıq mümkünsə hər payda istehlak edilməlidir. Alimlər qeyd edirlər ki, qatığın dadında nə qədər turşməzə tam varsa, deməli faydalı bakteriyalar bir o qədər çoxdur.
Üst tənəffüs yolu infeksiyalarına səbəb olan viruslar və ya bakteriyalar tərəfindən yaradılan xəstəliklərə qarşı qorunmaq üçün evdə mayalanmış qatığı hər payda yemək və immunitet sisteminin güclənməsi üçün qatıq suyunun da səhərlər uşaqlara içirilməsi məsləhətdir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com