“Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yüksəkdir” - Nazir


Ali təhsilli ailələrin olması çox vacibdir.

anasi-ali-tehsilli-olan-sagirdlerin-neticeleri-daha-yuksekdir
20.02.2025 16:32 1 dəq oxuma

Akademik ailələrdə böyüdülmüş uşaqların göstəriciləri ali təhsili olmayan ailələrdə böyüdülən uşaqların göstəricilərindən daha yüksəkdir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Qızların təhsil hüququ” mövzusunda BDU-da keçirilən konfransda deyib.

O bildirib ki, bu səbəbdən ali təhsilli ailələrin olması çox vacibdir: "Orta statistik göstəricilərə əsasən, anası ali təhsilli olmuş mühəndislik, riyaziyyat sahələrini seçmiş qızların sayı anası ali təhsilli olmayan qızların sayından çoxdur”. /Trend