Qarın çiçəklənməsi...
Antarktidada Ukraynanın “Akademik Vernadski” stansiyası yaxınlığında qar çəhrayı rəngə çalıb. Alimlərin fikrincə, ağ örtükdəki çəhrayı naxışlar Antarktida yayın sonunda qarın “çiçəklənməsi”dir.
"Bu rəng qarda mikroskopik yaşıl birhüceyrəli yosunların inkişafı nəticəsində yaranır", - Milli Antarktika Tədqiqat Mərkəzi izah edib.
Mütəxəssislərin fikrincə, yosunların üç rəng mərhələsi var: yaşıl, narıncı və bənövşəyi və ya tünd qırmızı. Yosunlar qar altında "yaşıl" variantda qışlayır, burada xlorofil üstünlük təşkil edir, istiləşdikdə isə səthə yaxınlaşaraq qırmızıya çevrilir.
Firuzə Alimova / TurpKimi.com