Dünyanın ən dəyərli markası işçilərinə nəyi qadağan edib?
İnformasiya sektorunun nəhəngi olan “Apple” son 10 ildir ki, birinci yerdə olmağı bacarır.
2001-ci ildən bu yana texnologiya sektorunda etdiyi yeniliklər və inkişaf sayəsində adını tez-tez eşitdirən “Apple” haqqında daha çox şey öyrənməyə nə deyirsiniz?
1 – “Apple”in gəliri o qədər çoxdur ki, Nigeriya, İsveçrə və İsveç kimi ölkələrin maddi dəyərini geridə qoyub.
2 – “Apple” kompüter qarşısında siqaret çəkən istifadəçilərinin zəmanət sertifikatını rədd edir.
3 – iPhone telefonlarının ekranında hər zaman saat 9:41-i göstərir. Bunun səbəbi Stiv Cobsun ilk iPhone-nu saat 9:41-də tanıtmasıdır.
4 – “Apple” 118,9 milyard dollardan çox olan gəliri ilə dünyanın ən dəyərli markasıdır.
5 – Sadəcə iPhone-un satışı “Microsoft”un istehsal etdiyi bütün cihazlardan daha çoxdur.
6 – Siri ilə danışarkən diqqətli olun! Çünki danışılan hər şey “Apple”da qeyd edilir və araşdırılır.
7 – “Apple” bir dəqiqədə təqribən 300 min dollarlıq satış edir.
8 – Şirkət 2012-ci ildə bir gündə 340 min ədəd iPhone satıb.
9 – “Apple”ın dünya miqyasında 115 min işçisi var.
10 – Şirkətin 17 ölkədə 475 müxtəlif pərakəndə satış məntəqələri yerləşməkdədir.
11 –“ Macbook”ların batareyaları gülləkeçirməz materialdan hazırlanıb.
12 – “Apple”a olan pul axını ABŞ-ın nəğd pul axınından daha çoxdur.
13 – iPhone 6-ların içərisində olan A8 çipləri “Samsung” tərəfindən hazırlanmışdır.
14 – “Apple”ın baş ofisində işləyən bir insan ildə 125 min dollar qazanır.
15 – “Apple” işçilərinə “təəssüf edirəm” deməyi qadağan edib.
Firuzə Alimova / TurpKimi.com