Sualları oxuyarkən cavablarını da fikirləşə bilərsiz!
“Apple” dünyanın ən məşhur şirkətlərindən biri kimi tanınır. Bəs “Apple” ilə bağlı oxuyacağınız bu məlumatları bilirsiniz? Oxuyun, görün dünyaca məşhur texnologiya şirkəti orda işləmək istəyənlərə hansı sualları verib?! Heç şirkətdə müəyyən günlərdən başqa iş yerinə gəlmək tələb olunmur.
TurpKimi.com “Apple”ın iş axtaranlara verdiyi sualların ən maraqlılarını seçib təqdim edir:
1 – Bu sual hər kəsə verilən ilk və ümumi sualdır: “Bura gəlməyinin səbəbi nədir?”
2 – 8 yaşında olan bir uşağa müasir cihazın nə işə yaradığını necə izah edərsən?
3 – Ən yaxın dostunuz kimdir?
4 – Əgər 2 yumurtanız olsa, yumurtaları qırmadan ən yüksək mərtəbəyə çıxmaq istəsəniz, bunu necə edərsiniz. Ən gözəl həll hansıdır?
5 – Qeyri-adi problem tapın və onu necə həll edəcəyinizi deyin!
6 – Hər gün dünyada nə qədər uşaq dünyaya gəlir?
7 – 100 ədəd qəpik pulunuz var, 10 ədədi əlinizdə, 90-ı isə masanın üzərindədir, ona toxuna və görə bilmirsiniz. Lakin hamısını bərabər şəkildə iki yerə ayırmalısınız. Necə edərdiniz?
8 – Özündən danış, səni nə maraqlandırır?
9 – Səni işə götürsəm, nə üzərində işləmək istəyərsən?
10 – 3 qutu var: birində alma, birində potağal, birində də həm alma, həm də portağal. Qutuların etiketi də səhvdir və sən yalnız 1-ni açıb baxmaqla digərlərinin etiketini necə düzəldərsən?
11- Bir insan kompüteri üçün “beton kimi” deyir. Nə edərsən?
12- Sən bacarıqlısan?
13 – Səhvlərin nələrdir və onlardan nə öyrəndin?
14 – Həyatında qürurlanaraq nə etmisən?
15 - Səni niyə işə götürək?
16 – Yaradıcısan? Yaradıcı bir şey söylə.
17 – Bir müştərinin problemini həll etməkdən və ya yaxşı təcrübə yaşamaqdan daha yaxşı nə ola bilər?
18 – Bir müştəriyə necə kömək etdiyini göstərərək səsinlə rol oyna.
19 – Yaşadığınız 4 il ərzində ən yaxşı və ən pis gününüz hansılar olub?
20 – Bu qələmə qiymət ver. Nəyə görə dəyərləndirdiyini müəyyən et.
21 – 20 dəqiqə gözləyən əsəbi bir müştəriylə maraqlanmaq məcburiyyətindəsən. “Microsoft PC” almaqla təhdid edir, problemi necə həll edərsən?
22 - Sadə velosipeddəki təkərlərin əyləcində olan təzyiqin gücünü hesablayın.
Yazı 21.07.2019-cu ildə yazılıb
Firuzə Alimova / TurpKimi.com