“Apple” sükansız və pedallarsız avtomobil buraxacaq


Bu, qarşıdakı illərlə mümkün ola bilər...

apple-sukansiz-ve-pedallarsiz-avtomobil-buraxacaq
13.07.2022 13:07 1 dəq oxuma

Apple 2025-ci ildə avtonom idarə olunan avtomobilini təqdim etməyi hədəfləyir.

Məlumata görə, ABŞ şirkəti uzun müddətdir ki, pilotsuz avtomobilin prototipini sınaqdan keçirir və bir neçə dəfə məyusedici nəticələrlə üzləşib.

Bildirilir ki, hazırda şirkət sükansız və pedallarsız avtomobil istehsalı üçün icazə almağa çalışır.

Avtomobilin salonundakı oturacaqlar üz-üzə yerləşdiriləcək. Səyahət zamanı sərnişinlər bir-birilə rahat söhbət edə biləcəklər.

Mənbə: lenta.ru / Oxu.az