Aprelin 18-nə olan - HAVA PROQNOZU


Aprelin 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

aprelin-18-ne-olan
17.04.2022 12:30 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə zəif duman. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 8-10° isti, gündüz 15-19° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında aprelin 18-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

İstənilən havada əhvalınızın gözəl olması diləyi ilə TurpKimi.com