Aprelin 22-nə olan hava haqda


Sabah havanın temperaturu 27 dərəcəyədək artacaq.

aprelin-22-ne-olan-hava-haqda
21.04.2022 13:25 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında aprelin 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.

TurpKimi.com