Aprelin 25-i hava necə olacaq?


Aprelin 25-də gözlənilən hava şəraiti açıqlanıb.

aprelin-25-i-hava-nece-olacaq
24.04.2021 13:42 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən TurpKimi.com-a verilən məlumata görə,  aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.  Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 11-13 dərəcə, gündüz 19-23 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət gecə 65-75 , gündüz 45-50% olacaq.

Aprelin 25-də  Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz  15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki,  bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

TurpKimi.com