Apteklərdə qiyməti CƏMİ 15 QƏPİKDİR - amma görün nələrə qadirdir


Faydası sadalamaqla bitməz...

apteklerde-qiymeti-cemi-15-qepikdir
21.01.2021 21:24 3 dəq oxuma

Əksəriyyətimiz aktivləşdirilmiş karbonun (kömür)  nə qədər faydalı olduğunu, necə və nə üçün istifadə edilməli olduğunu bilirik. Lakin bir çoxu bu dərmanın orqanizmdən toksinləri çıxarmaqla yanaşı daha çox şeylərə qadir olduğunu bilmir.

TurpKimi.com apteklərdə qiyməti cəmi 15 qəpik olan kömürün insan bədəninə faydalarının siyahısını təqdim edir:

1.Bağırsaqlardakı köp və şişkinlik üçün vasitə:

Bütün insanlar bağırsaqlara yığılan qazın nə olduğunu gözəl bilir. Orta statistik göstəricilərə görə insan sutkada 14 dəfə qaz buraxır və bu, normal sayılır. Sizi də köp və ya kəskin ağrılarla müşayiət olunan şişkinlik narahat edirsə, kömürdən istifadə edin. Amerikalı alimlərin son araşdırmalarına əsasən, yeməkdən əvvəl qəbul edilən kömür bağırsaqlara yığılan qazı əhəmiyyətli dərəcədə azaldır.

2.Xolesterolun səviyyəsini aşağı salır:

Bədəndə xolesterolun səviyyəsinin artması ürək-damar xəstəlikləri riskini 100 faiz artırır. Aparılan tədqiqat işi göstərib ki, 1 ayda 8 qram kömür qəbul edən insanların LDL-xolesterol səviyyələri 40 faizdən aşağı düşüb, “yaxşı” xolesterolların göstəricisi isə 10 faiz artıb.

3.Böyrəklərin sağlamlığını qoruyur:

Böyrəklərimiz hər gün təqribən 1,15-1,40 litr qanı təmizləyir, ondan cəmi 1-2 litr sidik, tullantı və artıq maye çıxır. Qeyd edək ki, qara ciyərlərlə birlikdə böyrəklər insan orqanları arasında ən mükəmməl təmizləyici sistem hesab olunur. Lakin şəkər, duz, müxtəlif qoruyucu maddələr, heyvan yağı və zülallar qəbul etməklə bir çox xəstəliklərə və böyrək çatışmazlığına düçar ola bilərsiniz. Deyəcəksiniz, bəs kömürün burada nə rolu var? Rolu ondan ibarətdir ki, orqanizmdən toksinləri və digər tullantıları sidik yolu ilə xaric edir.

4.Qida zəhərlənmələrində müalicə edir:

Aktivləşdirilmiş kömür qida zəhərlənməsi zamanı ən təsirli və ucuz müalicə vasitələrindən biridi. Zəhərlənmənin ilkin mərhələsində, qusma, qarın ağrısı, ishal zamanı istifadə etsəniz, kömür sadalanan simptomların səbəbi olan zəhərli maddələri sürətlə xaric edəcək.

5.Dərini təmizləyir:

Hər gün dərimizin məsamələri, xüsusən də üzümüz yağ və çirk ilə dolur, bu da insanın daha yaşlı görünməsinə səbəb olur. Təəssüflər olsun ki, bütün dəri təmizləyici vasitələr kimyəvi maddələrdən hazırlanır. Kömür isə sanki maqnit və ya nasos kimi məsamələrdə olan bütün çirk və yağları sorur, dərini yumşaq, təmiz və ipək kimi zərif edir.

6. Saçları mükəmməl edir:

Aktivləşdirilmiş kömürdən istifadə zamanı saç kökləri tez və asanlıqla təmizlənir, onlara ipək və parlaq görünüş qazandırır. Çünki kimyəvi tərkibli saç şampunlarından fərqli olaraq, kömür təbii maddədir.

7. Dişləri ağardır:

Bəli, bu məsələdə mübahisə etməyə dəyər, çünki çox ucuz başa gələn kömürün dişləri ağartmaq gücü gedəcəyiniz bahalı klinikalardan daha effektiv və keyfiyyətlidir. Bunun üçün həftədə 2-3 dəfə fırçanızı kömürə batırıb dişlərinizi fırçalayın. Həmçinin diş daşlarından da xilas olacaqsınız.

8. Nəfəsiniz təravətli olacaq:

Kömür mədənin turşu balansını tarazlayır. Bunun sayəsində diş və diş ətləri müxtəlif ağız xəstəliklərinə səbəb olan bakteriyalardan qorunur. Bunun üçün kömür səpilmiş fırçayla dişlərinizi fırçalayıb, adi su ilə yaxalayın.

9. Tez qocalmaqdan qorxursunuz?

Aktivləşdirilmiş kömür bu problemin bir nömrəli dərmanıdır. Ən maraqlısı budur ki, alimlər sübut edib ki, davamlı kömür qəbul etdikdə bütün orqanizmə və xüsusi orqanlara ayrı-ayrılıqda zərər verən toksinlər təmizlənir. Həmçinin bu qara maddə bədənin tez qocalmasına səbəb olan hüceyrələri aktiv şəkildə məhv edir.

10. Poxmel olmaqdan xilas edir:

İçki içməzdən əvvəl kömür qəbul edin. Səhər baş ağrınız olmaz və özünüzü gümrah hiss edəcəksiniz.

11. Həzm sistemini tez və effektiv təmizləyir:

Bildiyimiz kimi bu gün marketlərdə pestisidli meyvə-tərəvəzlər, tez böyüdülən toyuq və ya mal ətləri, kimyəvi tərkibli sular satılır və biz bunları alırıq. Bütün bu qidaların qəbulu zamanı kütləvi şəkildə mədəmizdə zərərli maddələr toplanır. İltihabi proses başlayır və gücümüzü itiririk. Sağlam və gümrah ola bilmək üçün həzm sistemi mütəmadi olaraq təmizlənməlidir. Aktivləşdirilmiş kömür isə bunun əvəzolunmaz köməkçisidir.

Mənbə: trendru.info

Firuzə Alimova / TurpKimi.com