Arı sancmasının orqanizmə təsiri müxtəlif olur...
İnsanların çoxu arı sancmasından qorxur. Bununla rastlaşanlar isə çətin vəziyyətlə üz-üzə qaldıqları üçün çıxış yollarını bilməyib sancının yaratdığı ağrıya dözmək məcburiyyətində qalırlar. Lakin arı sancması nadir hallarda ölümə səbəb ola bilir. Arı sancmasının orqanizmə təsiri isə müxtəlif olur, xüsusən də allergiyaya meyilli insanlarda...
Bəs arı sancması zamanı nə etmək lazımdır?
1 – Əməköməçi, arpa unu, sirkə, kasni qarışdırılır, alınmış sıyıq sancılmış nahiyyəyə qoyulur.
2 – Sancılmış yerə ispanaqdan hazırlanmış sıyıq qoyulur.
3 – Torpaq, kül və zeytun yağından hazırlanmış xəmir sancılmıç nahiyyəyə qoyulur.
4 – Sinirotu, arpa unu, sirkə ilə sıyıq hazırlanıb arının sancdığı hissəyə qoyulur.
5 – Qırmızı gil və sirkə qarışdırılır və sancılan yerə sürtülür.
6 – Kükürd və tüpürcəkdən hazırlanmış sıyıq sancılmış yerə sürtülür.
Firuzə Alimova / TurpKimi.com
Mənbə: Şəfa ensiklopediyası