Min bir əziyyətə sinə gərərək istədiyiniz çəkiyə nail oldunuz. Amma qısa müddətdə itirdiyiniz çəkini geriyə qazanmağa başlayırsız. Bu necə olur? Halbuki, hər şeyə düzgün əməl etmişdiniz.
TurpKimi.com atdığınız çəkinin geriyə qayıtma səbəbləri haqda bəzi ipucları təqdim edir:
6 mühüm səbəb
1- Bəzən idmanla məşğul olmaq çəkini artıra bilir
İdmanla məşğul olmaq insanı arıqladır. Amma siz arıqlamaq üçün idmanla məşğul olub, çəki itirdikdən sonra idmanı dayandırırsınızsa, tez də kökələ bilərsiz. İdmanı dayandırandan sonra əzələlər su yığır və kökəlmənizə səbəb olur.
2-YO-YO diyetinə ilişib qalmısız
Çəki itirdikdən sonra istəmədən kökəlməyə yo-yo diyeti deyilir. Bu hal davam etdikcə çəki yığmağa başlayırsınız. Bəzi hallarda bədənin toxluq və aclıqdakı dəyişikliklərə verdiyi fizioloji reaksiyalara görə kilo ala bilərsiz. Məhdudlaşdırıcı bir diyet tətbiq edərək kilo verməyi planlayırsınızsa, yağlarınızı böyük ehtimalla 5 il ərzində geri qazanacaqsız. Buna görə kilolardan xilas olmaq üçün həyat tərzinizi dəyişdirmək daha doğru olar. Həyatınızdan şəkərli və işlənmiş qidaları çıxarın və idmanla məşğul olmağı həyat tərzinizə çevirin.
3-Kifayət qədər lif və zülal istehlak etməmək
Lif və zülallı qidalara laqeyd yanaşmaq, yandırdığınız yağların bədəninizə geri dönməsinə səbəb ola bilər. Lif iştaha nəzarət edərək daha uzun müddət tox qalmanızı təmin edər. Paxlalılar, lobya və tərəvəzlər yaxşı bir lif qaynağıdır.
Zülal əskikliyi də kilo almağa səbəb olar. Zülal istehlakı, uzun müddət tox qalmanızı təmin edər.
4-Siyahı hazırlamadan alış-verişə çıxmaq
Əvvəldən ehtiyacınız olanların siyahısını tutub alış-veriş etmirsinizsə, qarşınıza çıxan və sizə xoş görünən hər şeyi alacaqsız. Bu da sizin qeyri-sağlam qialanmanıza səbəb olacaq. Alış-veriş üçün siyahı tutmaq həm büdcənizə, həm də sağlamlığınıza faydalıdır.
5- Kalorisi çox olan içkilər istehlak etmək
Spirtsiz içkilər, meyvə suları və digər bir çox hazır içkilər kökəlməyə təkan verir. Bəzi içkilər bir günorta yeməyi qədər kalori ehtiva edə bilər və biz fərqində olmadan istehlak edə bilərik.
6- Çox yorğunsunuz
Az yatmaq və yorğunluq sürətlə çəki almanıza səbəb ola bilər. Bu da məşq etmə motivasiyanızın yox olması deməkdir. Yuxusuzluq göbək yağlarının da artmasına səbəb olar.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 12-03-2021