Artıq bir evi rəngləməyə vedrələrlə boya almağa ehtiyac olmayacaq - Yeni kəşf – Bir neçə qram...


Dünyanın ən yüngül boyası kəşf edildi. İlham qaynağı kəpənəklərdir. 

artiq-bir-evi-renglemeye-vedrelerle-boya-almaga-ehtiyac-olmayacaq
31.03.2023 23:20 2 dəq oxuma

Araşdırmaçılar istiliyə davamlı və istiliyi geri əks etdirən, hər rəngdə istehsal edilə bilən, əsrlərlə davamlı olan və  enerjiyə qənaətli yeni bir boya hazırlayıblar. 

TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki,  alimlər bu günə qədər istehsal edilmiş ən yüngül boya olduğunu qeyd edirlər. Boyanın ilham qaynağı isə kəpənəklərdir. Boya piqmentlərdən hazırlanmayıb. 

Bunun yerinə rəng nanohissəciklərdən istifadə edilərək  struktur baxımından yaradılıb. Alimlər buna "plazmonik boya" deyir.

Hesablamalara görə bir Boeing 747-ni rəngləmək üçün cəmi  1,4 kiloqram plazmonik boya kifayət edəcək.

Halbuki bu təyyarəni rəngləmək üçün normalda 454 kiloqram  ənənəvi ticari boya istifadə etmək lazımdır. Yəni, evinizi rəngləmək istəsəniz bir neçə qram boya kifayət edəcək. 

Bu uçuş üçün lazım olan istixana qazı miqdarını əhəmiyyətli dərəcədə azalda biləcək deməkdir. 

(Fotoşəkil: SCIENCE ADVANCES)

Boya yalnız laboratoriyada yaradılıb.  Ticari məqsədlə istehsalı hələki nəzərdə tutulmur. 

Araşdırmaçılar asan texniki üsuldan istifadə edərək  boyanı müxtəlif rənglərdə etməyin yollarını da tapıblar. Qalır bunu istehsala çevirmək. 

Bu boyanı bazara təqdim etməyin ən böyük motivasiyalarından biri də eyni zamanda strukturları daha sərin tutmağa da kömək edə bilməsidir. 

Plazmonik boyanın quruluşu elədir ki,  daha az istilik çəkə bilir. 
Araşdırmaçılar yeni boyanın altındakı səthlərin normal ticari boya ilə örtüldükləri vəziyyətə görə 13 - 16 santiqrat dərəcə daha soyuq qaldığını qeyd edirlər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com