Artıq yağ ləkələrindən qorxmağa ehtiyac yoxdur - Ən ucuz vasitələr


Paltara yağ ləkəsi yeni düşübsə təmizləmək asan olur. Ancaq ləkə quruyubsa vəziyyət dəyişir. 

artiq-yag-lekelerinden-qorxmaga-ehtiyac-yoxdur
19.11.2023 21:52 2 dəq oxuma

Satışda yağ ləkəsini çıxartmaq üçün müxtəlif çeşiddə təmziləyici vasitələr var. Ancaq büdcəyə qənaət edib evdəki və ya əinizin altında olan vasitələrlə də bu ləkənin öhdəsindən gəlmək mümkündür. 

 TurpKimi.com əlinizin altında olan ucuz vasitələrlə paltara düşən yağ ləkəsini asan çıxartmaq üçün bəzi məlumatları oxucuları ilə bölüşür. 

Qab şampunu: Qabyuyan maye yağ ləkəsini çıxartmaq üçün ən təsirli üsullardan biridir. Ləkənin üzərinə tökün və 5-10 dəqiqə gözləyin. Ləkə olan hissəni ilıq su ilə durulayın.

Karbonat (Soda): Karbonat yağ ləkəsini əmməyə kömək edən  bir maddədir. Ləkənin üzərinə karbonat tökün və diş fırçasının köməyi ilə ovuşdurun. İlıq  suyla durulayın.

Nişasta: Yun parçalarda yağ ləkəsini çıxartmaq üçün istifadə edilə bilər. Ləkənin üzərinə nişasta tökün və 1-2 saat gözlədin. Sonra ləkəni ilıq suyla durulayın.

Duz: Yağ ləkəsini əmməyə kömək edən maddələrdən biridir. Ləkənin üzərinə duz tökün və 10-15 dəqiqə gözlədin. Sonra ləkəni ilıq suyla durulayın.

YAĞ LƏKƏSİNİ ÇIXARTMAQ ÜÇUN DİQQƏT  ETMƏLİSİZ

Ləkənin qurumasına icazə verməyin.
Ləkənin üzərinə su tökməyin.
Ləkənin olduğu hissəni ovmayın.
Ləkənin olduğu parçanın növünə uyğun bir üsul istifadə edin.
  

YAĞ LƏKƏSİ NECƏ TƏMİZLƏNƏR?

Ləkənin düşdüyü parçanı tərs çevirin.
Ləkənin üzərinə qab şampunu, karbonat, nişasta və ya duz tökün.
Ləkənin üzərinə bir bez və ya kağız dəsmal qoyun.
Bez və ya kağız dəsmalın köməyi ilə ləkənin üzərinə basın.
Ləkənin üzərinə tökdüyünüz  vasitəni 10-15 dəqiqə gözlədin.
Ləkənin üzərində qalan vasitəni  ilıq suyla durulayın.
Daha sonra ehtiyac olarsa paltaryuyan maşında yuyun. 
Bu üsullar ilə yağ ləkəsini çıxara bilmirsinizsə professional  kömək ala bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com