Asan və tez hazırlanan şokoladlı keks resepti


Çay süfrəsini çox sevənlər üçün dadlı və tezbazar hazırlanan şokoladlı keks reseptini təqdim edirik:

asan-ve-tez-hazirlanan-sokoladli-keks-resepti
16.05.2025 16:53 1 dəq oxuma

TurpKimi.com qonaqların yanında üzünüzü ağ edəcək şirniyyat reseptini oxucuları ilə bölüşür. 

Müddət: 30-60 dəqiqə
Porsiya: 4-6 nəfərlik
Bişirmə üsulu: Sobada

İstifadə olunan məhsullar:

Tərkibi:

  • 3 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan süd
  • Yarım stəkan duru yağ
  • 3 yemək qaşığı kakao
  • 4 yemək qaşığı kakaolu fındıq kremi
  • 2 stəkan un
  • 1 paket qabartma tozu
  • 1 paket vanilin

Hazırlanması:

  1. Mətbəx mikserinə yumurta və şəkər əlavə edib köpüklənənə qədər çalın.
  2. Üzərinə duru yağ, süd, kakao və kakaolu fındıq kremi əlavə edib çalmağa davam edin.
  3. Sonda un, qabartma tozu və vanilini də əlavə edib qarışdırın.
  4. Yüngülcə yağladığınız keks qəlibinə bu qarışımı tökün.
  5. Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada 35 dəqiqə bişirin.
  6. Şokoladlı keksiniz hazırdır.

Üstünü istədiyiniz kimi bəzəyə bilərsiz. 

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com