Yalnız həqiqi mətbəx ustaları almanı bıçaqsız kəsə, bir həmlə ilə yumurtanı soya və soğanın gözlərini yandırmasını önləyə bilər.
Siz də bütün bu məlumatları öyrənərək mətbəxdə bir şef kimi yemək bişirməyə və zamandan qazanmağa nə deyərsiniz? Turpkimi.com bəzi mətbəx hiylələrini təqdim edir:
1. Praktik qatıq damlaları
Qatıq damlaları çox ləzzətli və daha da əhəmiyyətlisi sağlam atışdırmalıqdır.
Xüsusilə uşaqlar bu məzəni çox sevər. Hazırlanması da çox asandır: Qatığın suyunu süzün və plastik bir paketə və ya sıxma torbasına qoyun, kiçik damlalar şəklində sıxın. 1 saat dondurucuda saxlayın
.
2. Soğanı gözünüzü göynətmədən dilimləyin
Soğan doğrayarkən gözünüz göynəməsin deyə, bişirməyə başlamazdan əvvəl 15 dəqiqə soyuducuya qoyun. Fərqi görüncə çox təəccüblənəcəksiz.
3. Yumurtanı daha asan soyun
Yumurtanı qaynadarkən suyun içinə bir dilim limon əlavə etsəniz, qaynadılmış yumurtaların soyulması çox daha asan olacaq. Bundan əlavə yarım çay qaşığı soda da eyni təsirə malikdir.
4. Yumurta yerinə banandan istifadə edin
Kökə və ya başqa un məmulatları bişirəcəksiniz, birdən evdə yumurtanın olmadığını fərq etdiniz. Narahat olmayın. Bunun yerinə banandan istifadə edə bilərsiniz: 1 yumurta = 1/2 banan edər.
5. Ən ləzzətli qəhvə üçün dəmləmə üsulu
Bu hiylə bütün qəhvə sevərlər və səhərlər bir fincan təzə dəmlənmiş espresso olmadan oyana bilməyənlər tərəfindən çox seviləcək.
Dəmləməzdən əvvəl üyüdülmüş qəhvəyə bir çimdik duz və darçın əlavə edin. Duz yanmış qəhvə dənələrinin acılığını aparır və darçın möcüzə bir dad qatır.
6. Bıçaq olmadan almanı ikiyə bölə bilərsiniz
Almanı əlinizə alın və rahat bir barmağınızı yerləşdirinə qədər sapını çevirməyə başlayın. Əllərinizlə basaraq kənara itələyin və asanca 2 bərabər hissəyə bölün.
7. Sarımsaqları qabığından asanca çıxarın
Sarımsaqları soyarkən vaxta qənaət etmək üçün, 15 saniyə mikrodalğalı sobaya qoyun. Beləcə qabıq asan çıxacaq.
8. Ən ləzzətli dolmalıq bibəri tapma üsulu
Dolmalıq bibər alarkən bibərin tərs tərəfinə, dibinə baxın.3 yumru görsəniz, bu bir "erkək" bibərdir; 4 yumru isə "dişi" mənasını verir. "Dişilər" daha şirindir və onları təzə halda istifadə etmək daha yaxşıdır. "Erkəklər" daha qatıdır və ləzzətləri daha dərindir. Hansı yeməklərdə istifadə edəcəksiniz, ləzzət baxımından bu məlumatları yaddan çıxartmayın.
9. Xəmiri kəsmək üçün bıçaqdan istifadə etməyə ehtiyac yoxdur
Xəmiri rulon şəklində bərabər hissələrə sürətlə kəsmək üçün diş ipindən istifadə edə bilərsiniz.
10. Kartofu qızartmaq yerinə bu şəkildə bişirin
Kartof qızartmasından daha yaxşı bir şey olmadığını düşünürsünüzsə, bu üsulu təcrübədən keçirin. Kartofda incə dilimlər şəklində kəsik açın. Zeytunyağı səpin və aralarına kərəyağı dilimləri qoyun, duz və qara istiot əlavə edin. Əvvəlcədən 200 dərəcədə isidilmiş sobaya qoyun, 40 dəqiqə bişsin. Bu şəkildə bişirilən kartoflar, ən sevdiyiniz yemək olacaq.
11. Kartofu asan soymaq üçün
Kartofu kiçik dilimlər şəklində kəsin. Kartoflarla birlikdə bir qazana isti su qoyun və qaynayana qədər gözləyin. Qaynayan suyu tökün və tavanı soyuq su ilə doldurun. Hər səfərində bir kartof götürün və qabığını çıxardın.Bu qədər sadədir!
Vüsalə Əlövsətqızı, TurpKimi.com