At, eşşək və donuz ətini ayırd etməyin YOLLARI


Rəngində, dadında və qoxularında fərq olur...

at-essek-ve-donuz-etini-ayird-etmeyin-yollari
15.10.2024 02:04 2 dəq oxuma

Həm sağlamlıq, həm də dini cəhətdən zərərli olan eşşək, at və donuz əti rəngi, qoxusu və görüntüsü ilə özünü biruzə verir. Belə ki, bu ətləri dana, quzu və toyuq ətlərindən ayırd etməyin bir çox üsulları var.

TurpKimi.com bildirir ki, donuz və at əti bir çox mədəniyyətlərdə istifadə edilsə də sağlamlıq üçün ciddi zərərləri vardır. Üstəlik donuz əti müsəlmanlara halal olmayan ət məhsuludur. Xüsusilə də donuz və at ətini dana və toyuq əti kimi məhsullarla qarışdırdıqda sağlamlığı daha da təhlükə altına altır. Donuz ətinin ən zərərli tərəfi onun parazitlərin əmələ gəlməsinə səbəb ola bilməsi və xəstəlik riskini artırmasıdır. Bundan başqa, donuz ətinin çox yağlı olması ürək-damar problemlərinə səbəb olur.

Eşşək və at əti bir çox cəmiyyətdə donuz ətindən daha sağlam bir seçim olaraq görülür. Lakin onlar qeyri-gigiyenik şəraitdə işləndikləri üçün bir çox sağlamlıq problemlərinə səbəb olurlar.

Rənglərindəki fərq...

Donuz əti adətən çəhrayı və ya açıq qırmızı rəngdə, yağlı və yumuşaq olur. Ətdəki yağ damarları aydın görünür.

Eşşək və at əti daha tünd rəngdə olur və lifli quruluşa malikdir. Diqqətlə baxdıqda, ətdəki  fərqləri müşahidə etmək olur.

At ətinin piyi isə çox sarı və parlaq olur. Lakin qeyd edək ki, çox yağlı mal və ya dana ətinin piyi də sarı rəngə çevrilə bilər.

Qoxularındakı fərq...

Donuz əti özünəməxsus və bəzən xoşagəlməz bir qoxu yayır. Pişirərkən özünəməxsus qoxusu olur. Bu qoxu digər ət növlərindən fərqlidir.

Eşşək və at ətinin qoxusu daha yüngül olur. Ümumiyyətlə yüngül, şirin və təmiz bir qoxuya malikdir. Ət təzə olduqda bu qoxu daha aydın hiss oluna bilər.

Dadındakı fərq...

Donuz əti nin dadı dana ətindən daha yağlı olur və buna görə də çox yumuşaqdır. Bundan əlavə, donuz əti duzlu bir quruluşa malikdir. Donuz ətinin ən fərqləndirici xüsusiyyəti odur ki, bişdikdə rəngi tündləşir.

At əti isə möhkəm və lifli quruluşuna malik olduğu üçün daha sərtdir. Bişirmə vaxtı mal əti ilə müqayisədə daha uzun çəkir.

Firuzə Alimova / TURPKİMİ.COM