Ateroskleroz nədir?
Müasir müalicə metodlarının və dərmanların sürətli inkişafına baxmayaraq, xalq reseptləri öz təsir gücünü hələ də itirməyib. Çünki hər hansı bir xəstəliyin müalicəsində əsrlər boyu qazanılan təcrübə əvəzolunmaz və təsirli olub.
Ateroskleroz nədir?
Ateroskleroz qan damarlarının xroniki xəstəliyidir. Bu xəstəliyin əsas xüsusiyyəti “pis” xolesterinin daxili divarlarda yığılması və divarların daha da qalınlaşması və elastikliyini itirməsidir. Damarlar yağ və kirəcləşmədən qalınlaşır, elastikliyini itirir, sıxılır və bunun nəticəsində orqanlarda qan çatışmazlığı yaradır, nəticədə damar tutulur. Qanın laxtalanması ilə müşayiət olunduqda tromboza meyillilik və orqanlarda işemik zədələnmə yaranır. Ateroskleroz ölümlə nəticələnənən təhlükəli xəstəliklərdən biri sayılır.
Ateroskleroz əksər hallarda ürəyin, beynin, ayaqların qan dövranında problem yarananda üzə çıxır. Yəni son mərhələdə ateroskleroz diaqnozu qoyulur. Ateroskleroz ürək-damar xəstəliklərinin inkişafının əsas səbəblərindən biridir: ürəyin işemik xəstəliyin və miyokard infarktının. Aterosklerozun yaranmasının səbəbləri: 40 yaşdan yuxarı yaş həddi, hipertoniya xəstəliyi, siqaretçəkmə, şəkərlidiabet, artıq çəki, qanda “pis” yağların yüksək göstəricisi, irsi meyllilik, xolesterinlə zəngin qidaların istifadəsi...
Necə edək ki, ateroskleroz inkişaf etməsin?
Xalq təbabətində müalicəsi:
- Terapevtik və profilaktik vasitə kimi zeytun yağından istifadə edilə bilər. Bunun üçün gündə 3 dəfə 5 ml zeytun yağı içilməlidir.
- Aterosklerozla mübarizənin ən təsirli vasitələrindən biri aşağıdakı reseptdir: bərabər miqdarda götürülmüş təzə sıxılmış limon suyu, istənilən bitki yağı və təbii bal lazımdır.
- Yağla balı bir az fərqli şəkildə də istifadə etmək olar. Səhər tezdən 5ml günəbaxan yağı (az miqdarda su ilə içilir), gecə isə 5 qram bal içilir.
- Qabığı soyulmuş bir diş sarımsaq və 1 ədəd kiçik limonu qabığı ilə birlikdə rəndələyin. Yaxşıca qarışdırın və üzərinə 500 ml su əlavə edin. Ağzını bağlayıb təqribən 4 gün gözləyin.
- Bəzi hallarda ateroskleroz baş ağrısı ilə müşayiət olunur. Ondan qurtulmaq üçün aşağıdakı vasitəni sınaya bilərsiniz. 20 ml şüyüd toxumunu 250 ml su ilə qaynadın və dəmlənməsi üçün gözləyin. Gündə 4 dəfə 20 ml içmək olar.
- Baş gicəllənmə, qulaqlarda kənar səslər üçün adi melissa kömək edəcək. Onu ayrıca dəmləyə və ya içdiyiniz çaya da əlavə edə bilərsiniz.
Mənbə: imbf.org
Firuzə Alimova / TurpKimi.com
Yazılıb: 18-05-2021