Hələ onun oxşarı yoxdur!
Ginkqo Biloba və ya “Məbəd ağacı” Hiroşima fəlakətindən qurtulan yeganə bitki növü olaraq bilinir və sağlamlığa faydaları ilə diqqət çəkir.
TurpKimi.com bildirir ki, ana vətəni Orta və Şərqi Çin olan Məbəd ağacı min ilə qədər uzun müddət yaşaya bilir. Atom bombasına məruz qalan Hiroşimada sağ qalan yeganə bitki növüdür.
Yarpaqları 40 fərqli tərkibə malik olan Məbəd ağacı “Beyin ağacı” olaraq da adlandırılır. Tarixi 200 milyon il bundan əvvələ aid olan Məbəd ağacının bu gün oxşar və ya ona yaxın növü tapılmayıb. Sadəcə yarpaqlarından istifadə olunan Məbəd ağacının ürək-damar xəstəliklərindən tutmuş beynin inkişafına kimi bir çox xəstəliklərə faydalı olduğu məlumdur.
Bu bitkinin sadəcə yarpaqlarından istifadə olunur, meyvəsi və torxumları isitifadə edilməməlidir.
6 ƏN VACİB FAYDASI
1 – Beynin funksiyalarını yaxşılaşdırır: başda alzheimer olmaqla bir çox yaddaş porblemlərinə faydalıdır. Yaşla əlaqədar beynə qan axını azalır. Yaşlı insanlarda rast gəlinən unutqanlığın əsas səbəbi budur. Bu bitkinin yarpaqları qan axınını tənzimləyərək yaşlılıq dövründə rast gəlinən unutqanlığı aradan qaldırır. Diqqəti toplamağa kömək edir, hiperaktivlik və diqqət əksikliyinin müalicəsində faydalıdır.
2 – Astma və bronxitə müsbət təsir edir: araşdırmalara görə səhər və axşam olmaqla gündə 2 dəfə içilən Məbəd ağacı yarpağının çayı astma xəstəliyini yüngülləşdirir. Davamlı içildikdə bronxları açır.
3 – Antienflamatuat və antioksidantdır: tərkibində orqanizmdə iltihaba səbəb olan göbələk və bakteriyaları yox edə bilən maddələr var. Aparılan araşdırmalarda bu bitkinin hüceyrələri sərbəst radikalların mənfi təsirlərindən qoruduğu sübut edilib. İmmun sistemini gücləndirir.
4 – Depressiyaya qarşı: tərkibindəki maddə və turşuların sayəsində mərkəzi sinir sistemini qoruyur və depressiya ilə mübarizə aparır.
5 – Dərinin dostudur: bitkinin yarpaqlarından günümüzdə kosmetika sahəsində istifadə olunur. E vitamini ilə zəngindir, yara izlərini sürətlə sağaldır, akne və civzələrlə mübarizə aparır, dərini nəmləndirir, tez qocalmanın qarşısını alır.
6 – Cinsi problemlərə təsiri: çayı davamlı içildikdə cinsi istəksizlik problemi aradan qalxır. Cinsi həyat üçün olduqca faydalı bitkidir. Cinsi bölgələrə gedən qan axınını artırır.
Məbəd ağacı çayı necə dəmlənir?
Bunun üçün 1 stəkan qaynadılmış suya bir neçə ədəd bitkinin yarpağından atın və 5 dəqiqə gözləyin ki, dəmlənsin. Dəmləndikdən sonra çayınızı süzüb içə bilərsiniz.
Bu bitkinin çayını səhər və axşam, gündə 2 dəfə olmaqla içmək məsləhətlidir.
Firuzə Alimova / TurpKimi.com
Dərc olunub: 09-06-2021