Avqustu hansı hava ilə yola salacayıq?


Bakıda və Abşeron yarımadasında avqustun hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

avqustu-hansi-hava-ile-yola-salacayiq
30.08.2023 22:46 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq.

Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq.

Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

TurpKimi.com