Avqustun 1-nə olan HAVA PROQNOZU


1 avqust 2025-ci il...

avqustun-1-ne-olan-hava-proqnozu
31.07.2025 12:30 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.

Əhvalınızın istənilən havada gözəl olması diləyi ilə TURPKİMİ.COM