Avqustun 12-nə olan hava haqda


Sabah Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq.

avqustun-12-ne-olan-hava-haqda
11.08.2022 15:45 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, iyulun 12-də  Bakıda və Abşeron yarımadasında hava  yağmursuz olacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-25° isti olacaq.

TurpKimi.com