Avqustun 13-nə olan hava haqda


Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyədək yüksələcək.

avqustun-13-ne-olan-hava-haqda
12.08.2022 18:13 1 dəq oxuma

Avqustun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

TurpKimi.com