Avqustun 17-nə olan hava proqnozu haqda


Avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

avqustun-17-ne-olan-hava-proqnozu-haqda
16.08.2021 22:22 1 dəq oxuma

 Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25 isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə əsasən, şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.