Avqustun 22-nə olan hava haqda


Sabah Bakıda 36, rayonlarda 37 dərəcə isti olacaq.

avqustun-22-ne-olan-hava-haqda
21.08.2023 17:53 1 dəq oxuma

Bakıda və Abşeron yarımadasında avqustun 22-də havanın dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Avqustun 21-23-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtımalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.

TurpKimi.com