Rayonlarda hava dəyişəcək.
Aqustun 3-ü gündüz saatlarından başlayaraq 5-i gündüzə qədər şimal və qərb rayonlarında hava şəraiti dəyişəcək.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bəzi yerlərdə leysan xarakterli yağışlar yağacaq:
"Əsasən, dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi bölgələrdə arabir 28 m/san-dək güclənəcək. Gözlənilən yağıntı ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi gözlənilir.
Bakı və Abşeron yarımadasında da avqustun 3-gündüzdən 5-i gündüzədək şimal-qərb küləyi arabir güclənəcək. Küləyin maksimal sürəti 15-20, bəzi ərazilərdə isə 23-28 m/san olacaq".
Çimərliklərdə hava
Avqustun 3-ü çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Avqustun 3-də Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26° isti olacaq.
TurpKimi.com