Avqustun ilk günləri hava necə olacaq?


Azərbaycan ərazisində avqustun 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

avqustun-ilk-gunleri-hava-nece-olacaq
31.07.2023 17:05 1 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

TurpKimi.com