Avqustun sonu, həftənin ilk iş gününə olan hava proqnozu


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

avqustun-sonu-heftenin-ilk-is-gunune-olan-hava-proqnozu
30.08.2020 16:26 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 31 avqustda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23,  gündüz  28-33,  Bakıda  gecə 20-22, gündüz  31-33 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

31 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 18-22, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz  20-25  dərəcə  isti olacaq.

TurpKimi.com

loading...