AVRO 2024 bu telekanallarda yayımlanacaq


AVRO 2024 həyəcanı başlayır - Bu telekanallarda yayımlanacaq

avro-2024-bu-telekanallarda-yayimlanacaq
13.06.2024 23:23 1 dəq oxuma

İyunun 14-də Futbol üzrə Avropa çempionatı - AVRO 2024 həyəcanı başlayır. 

 Almaniyanın ev sahibliyi edəcəyi 17-ci Avropa Futbol Çempionatı (AVRO 2024) başlayır.

 31 gün davam edəcək turnirdə 24 milli komanda mübarizə aparacaq.

Açılış oyunu Münxendə keçiriləcək və turnirin ev sahibi Almaniya Şotlandiyanı qəbul edəcək.

 Türkiyə isə F qrupunda mübarizə apacaq. Qardaş ölkə ilk oyununu 18 iyunda Gürcüstana qarşı keçirəcək.

 Çempionatda bütün oyunları Azərbaycanda İTV, Türkiyədə isə TRT kanalında canlı yayımlanacaq.