İsveç dördüncüdür...
Avropanın ən varlı və kasıb ölkələrinin adları məlum olub. Göstəricilərə görə Danimarka hamını geridə qoyub. Avropa İttifaqı üzvləri arasında Skandinaviya dövləti xüsusilə seçilib. Burada ailələrin orta maliyyə aktivləri 1.88 milyon krona (təxminən 300 min dollar) bərabərdir.
Danimarkanın liderliyinə baxmayaraq, bu ölkə qonşularından bir məsələdə geri qalır. Danimarkalıların borcu daha çoxdur. Bunun əsas hissəsi (86 faiz) bank və ipoteka borclarının payına düşür.
Ümumilikdə Danimarkanın göstəriciləri Avropa İttifaqı üzvlərinin orta nəticələrini üç dəfə geridə qoyur. Danimarkalıların var-dövləti ilk kvartalda hər adambaşına orta hesabla 24 min kron (3.8 min dollar) artıb. Skandinaviya ölkəsindən sonra ikinci yeri Niderland, üçüncü pilləni Lüksemburq tutur. İsveç dördüncüdür.
Avropanın ən kasıb ölkəsi Rumıniya hesab olunur. Rumın ailələrin maliyyə aktivləri 12.7 min dollardan çox deyil.
Bizimyol.info / TurpKimi.com