Avtomobillərdəki isidilən oturacaqlar kişilərin sağlamlığına təhlükədir


İsti oturacaqda oturduqdan sonra çölə çıxmaq təhlükəlidir...

avtomobillerdeki-isidilen-oturacaqlar-kisilerin-saglamligina-tehlukedir
07.11.2025 23:56 1 dəq oxuma

Uroloq Armais Kamalov xəbərdarlıq edib ki, qızdırılan oturacaqlar və ya əksinə, avtomobildə həddindən artıq soyuq oturacaqlar kişilərin reproduktiv sisteminə zərər verə bilər.

TurpKimi.com xəbər verir ki, bu barədə həkim NSN-ə verdiyi açıqlamada deyib.

O bu zaman yarana biləcək nəticələrin geridönülməz ola biləcəyi barədə də vurğulayıb.

“İsti və soyuq oturacaqlar kişilər üçün eyni dərəcədə zərərlidir. Xayalıqda temperaturun artıb-azalması müvəqqəti reproduktiv disfunksiyaya səbəb olur. Davamlı istilik isə ciddi və geridönməz zədələnməyə gətirib çıxara bilər”, - Kamalov qeyd edib.

Xüsusilə soyuq havada, isti oturacaqda oturduqdan sonra çölə çıxmaq təhlükəlidir. Həkim izah edib ki, qəfil temperatur dəyişikliyi çanaq orqanlarına mənfi təsir göstərir.

Firuzə Alimova / TURPKİMİ.COM