Ayağınızın altına soğan qoyub yatın - Bütün bədəni müalicə edir


Ayaqların altında 7 mindən çox sinir var...

ayaginizin-altina-sogan-qoyub-yatin
12.03.2022 12:28 2 dəq oxuma

Corabın içinə bir dilim soğan qoyub yatmaq bədəndə möcüzələr yarada bilər.

TurpKimi.com bildirir ki, bədənimizin ən böyük orqanı dərimizdir və sürtdüyümüz kimyəvi, mineral, krem və kosmetik maddələri asanlıqla əmir. Aparılan araşdırmalara görə, yatmazdan əvvəl topuqlara soğan dilimi qoyduqda dəri vasitəsiylə tərkibindəki faydalı maddələrin asanlıqla əmildiyi müşahidə edilib. Ayaqlarımızda bütün bədənimizlə birbaşa əlaqəsi olan 7 mindən çox sinirin olduğunu düşünsək, deməli, soğanı sınaqdan keçirməyə dəyər.

Belə ki, yatmazdan əvvəl ayaqların altına soğan qoyub yatanda, bütün gecə boyu soğan orqanizmi təmizləməyə başlayacaq. Bədəndəki bütün bakteriya və mikrobları əməcək. Ayaqlardakı dəri çox incə olduğu üçün yaxşı bakteriya və kimyəvi maddələr tez qana sovrulur. Bu şəkildə siz yatarkən soğan qanınızı təmizləmiş olur.

Qış fəslinin bəlası olan soyuqdəymə, qrip, öskürək, halsızlıq kimi problemlərdən qurtulmaq üçün yatmazdan əvvəl corabınıza bir soğan qoyub yatın.

İnsanı təəccübləndirəcək dərəcədə sağaldıcı xüsusiyyətləri olan soğan özünüzü daha yaxşı hiss etmənizə kömək edəcək. Bundan başqa, sidik kisəsi infeksiyaları, yüksək təzyiq, qulaq və diş ağrılarına da kömək edir.

Soğan təbii antibiotik olduğu üçün eyni zamanda da təbii antibakterial vasitədir. Ayaqlarınızda pis qoxuya səbəb olan bakteriya və göbələk mikroblarını aparır, qoxunu aradan qaldırır.

İSTİFADƏ ÜSULU

-Ağ, sarı və ya qırmızı soğan, fərq etməz... Ürəyiniz istəyən soğanı götürüb, sərçə barmaq qalınlığında dilimləyin.

-Bir dilim soğanı ayaq barmaqlarınızın altını örtəcək şəkildə ayaqlarınızın altına qoyub corabınızı geyinin.

-Corabı tam yuxarı çəkməmiş bütün ayağınızın altını, dabanını örtəcək şəkildə 2-3 dilim soğan yerləşdirin.

Soğanla yatağa girmək istəmirsinizsə, o zaman soğan yağından istifadə edə bilərsiniz. Yatmazdan əvvəl soğan yağına hərəsindən 2 damla olmaqla hindqozu, jojoba və ya avokado yağı kimi  bir neçə yağ əlavə edə bilərsiniz. Qarışımı ayaqlarınıza, dabana sürtün və yataq bulaşmasın deyə corab geyinin.

Yazılıb: 12.01.2022-ci ildə

Firuzə Alimova / TurpKimi.com