Ayaqların altını sarımsaq ilə ovduqda nə baş verər?


Elmi izahı...

ayaqlarin-altini-sarimsaq-ile-ovduqda-ne-bas-verer
24.02.2022 00:45 1 dəq oxuma

Təbii antibiotik olan sarımsağın, təkcə dərinizə təmas etməklə fayda verə biləcəyini heç bilirdiniz?

TurpKimi.com bildirir ki, aparılan son araşdırmalara görə, sarımsaqda olan allisin maddəsinin dəriyə təmas etməklə də orqanizmə daxil olduğu sübut edilib. Yəni sizə ayaqlarınızla sarımsaq yeyə bildiyinizi söyləsək..? Elmi izahı belədir:

Belə ki, ayaqlarınızın dabanını sarımsaqla ovduqda təqribən 30 dəqiqədən sonra sarımsağın dadını və qoxusunu ağzınızda hiss edəcəksiniz. Bütün bunlar sarımsağın sürtülməsi zamanı əmələ gələn və təbii tərkib olan allisindən qaynaqlanır. Sarımsaqdakı bu maddə dəri vasitəsiylə hüceyrələrin membranına nüfuz edir, qan dövranı ilə birlikdə dövr edə və dad reseptorlarına çata bilir.

Adətən, sarımsaq yedikdən sonra qoxunun təkcə ağzınızı deyil, bütün bədəninizi bürüdüyünü hiss etmisiniz. Çünki qana qarışan bu maddə dəridən keçərək qoxunu yaya bilir.

Gündə 6 diş sarımsaq yeməyin faydası:

Gündə 6 diş qızardılmış sarımsaq yeməklə 24 saat ərzində orqanizmdə meydana gələn dəyişikliklər belədir:

4-6 saat ərzində metabolizma sürətlənir. Toplanan yağlar yanmağa və bədənimizdəki artıq mayelər xaric olmağa başlayır.

6-10 saatdan sonra sarımsağın tərkibindəki qidalar orqanizmi hüceyrə səviyyəsində müdafiə edir və oksidləşmədən qoruyur.

10-24 saatdan sonra xolesterol və təzyiq tənzimlənir. Damarları təmizləyir və ürək problemlərindən qoruyur. Sinir sistemini, sümükləri və oynaqları gücləndirir. Ağır metalların bədənə daxil olmasının qarşısını alır. Yorğunluğu aparır və hüceyrələrin ömrünü uzadır.

Firuzə Alimova / TurpKimi.com