Ayaq dırnaqlarındakı xəstəlik göstəriciləri biri-bir fotolarda izahlı...
Orqanizimdə baş verən müəyyən dəyişiklik özünü bədənin istənilən yerində biruzə verir. Bu bədənin həyəcan siqnalıdır. Demək, orqanizm həqiqətən çox zəifləyib.
TurpKimi.com bildirir ki, ayaqların vəziyyətinə görə, orqanlarda olan hər hansı xəstəlikdən xəbər tutmaq mümkündür.
1 – Ayaqların həddən artıq quruması və dərinin soyulması tiroid problemlərindən xəbər verir.
Tiroid sağlam işləmədikdə metabolizmanın sürətinə, qan təzyiqinə, toxumaların böyüməsinə, skelet və sinir sisteminin inkişafınə nəzarət edən hormonların pozulmasına səbəb olur. Dərinizdə həddən çox quruluq və soyulmalar varsa, hətta bir neçə günə yumşaldıcı kremlər belə kömək etmirsə, tiroid vəzlərinizi yoxlatmaq lazımdır. Bununla yanaşı, tiroidlə bağlı problem ayaqların kövrəkləşməsinə gətirib çıxarır.
2 – Dırnaqlarda sarımtıl-qəhvəyi zolaq və ya ləkələr: göbələk xəstəliyinə işarədir. Bu kütləvi yayılan bir xəstəlikdir.
Ən pis tərəfi ondadır ki, xəstəliyi dərhal müəyyən etmək çətindir. Ciddiyə almadıqda xəstəliyin yayılmasına, pis zədələnmələrə, hətta dırnağın düşməsinə gətirib çıxarır. Çox vaxt dırnaqların kənarlarından başlayır və yavaş-yavaş bütün dırnağa yayılır. Xəstəliyin ilkin göstərici kimi diqqətdə saxlayıb üzərinə tez düşmənizdə sağlamlığınız üçün fayda var.
3 – Barmaqların arasında dərinin soyulması, qaşınma və dərinin yanıq kimi qabarması: yoluxucu ayaq göbələyinə işarədi.
Göbələk infeksiyası daha çox barmaqların arasında və kənarlarında olur, isti və yumşaqlığı sevir. Ona görə də şəxsi gigiyenanıza fikir verməsəniz, ayaqyalın gəzib başqasının ayaqqabısından, dəsmalından istifadə etsəniz bu infeksiyaya bir çoxların istifadə etdiyi hovuz və hamamların duşlarında, geyinmə-soyunma məkanlarında yaxalanmaq olar. Bundan başqa, həddən artıq dar və ayaqlarınızın tərləyəcəyi isti ayaqqabı geyinməyin. Xəstəliyə qarşı diqqətsizlik nəticəsində infeksiyadakı bakteriyalar dəri çatlarına nüfuz edərək limfatik damarların iltihablanmasına gətirib çıxarır. Sizdə bu cür əlamətlər varsa, mütləq dermatoloqla (dəri həkimi) məsləhətləşin.
4 – Sağalmayan yaralar: diabetə işarədir.
Nəzarətsiz qalan qlükozanın yüksələn səviyyəsi sinir sisteminə zərər verərək, qan dövranının azalmasına gətirib çıxarır. Bu zaman lazımi qədər qan bədənin aşağı nahiyyələrinə gedib çata bilmir. Nəticədə, ayaqqabı ayağınızı vursa, dəriniz lazımi qaydada sağalmayacaq. Diabet varsa, ayaqlarınızda uyuşma və solğunluq hiss edəcəksiniz. Həkimlərin dediklərinə görə,diabetlə bağlı xəstəliklərdə pasiyenlətin ən çox şikayətləndiyi preblem ayaqları ilə bağlıdır. Sizi də bu kimi problemlər narahat edirsə, qanda şəkərin səviyyəsini yoxlayın.
5 – Dırnağın altında qara nöqtələr: ürək infeksiyasına işarədir.
Bu ləkələr zədədən qaynaqlanmır. Əslində zədələnmiş kapilyarlardan kiçik qan sızmalarıdır ki, əl və ayaq barmaqlarındakı dırnaqların altında tünd qırmızı xətlər əmələ gətirir. Bu, infeksiyalı endokarditin – ürəyin daxili astarında iltihabın inkişaf əlaməti ola bilər. Düzgün müalicə olunmadıqda infeksiyalı endokardit ürək çatışmazlığına gətirib çıxara bilər.
6 – Ayaq barmaqların üzərindəki tüklərin tökülməsi: periferik damar xəstəliyinə işarədir.
Əgər birdən-birə heç bir müdaxilə olunmadan ayaq barmaqlarının üzərindəki tüklər tökülürsə, bu, qanın pis dövr etməsinə işarə edən bir xəstəliyin göstəricisidir. Özünü barmaqlarda qızarma və parıldayan dəri ilə də biruzə verir. Lakin xarici simptomlarla xəstəliyi təyin etmək mümkün olmur. Həkimlər adətən ayaqların nəbzini yoxlayır və ya rentgen edir. Əgər rentgen kağızında ayaqlardakı arteriyalarda sıxılma müşahidə edilirsə, demək 99 faiz eyni şey ürək damarlarında da yaşanır.
7 – Baş barmaq uzanıb və ağrayırsa: gut artritınə (podaqra) işarədir.
Bu, qocalığa işarə deyil, sizin yemək vərdişlərinizdən qaynaqlanır. Qırmızı ət, yağlı balıq və şərabdan çox istifadə edirsinizsə, barmaqda podaqranın yaranmasına, toxuma və sümüklərdə sidik turşusu kristallarının çökməsinə gətirib çıxarır. Bu, bədənin ehtiyacı olan miqdarda lazımdır, artıq olanda onun təhlükəli olmasına və bədəndə yığılıb qalmasına səbəb olur. Təbii və faydalı qidalarda olan bu turşu bədənimizin bütün hüceyrələrində kristallar əmələ gətirir. Lakin yuxarıda adıçəkilən qidalarda həmin kristallar daha çoxdur. Odur ki, davamlı olaraq bu qidalarla qidalandıqda, sanki həmin konsentratı udursunuz.
Şidik turşusu kristalları daha çox ayaq barmaqlardakı sümüklərdə toplanır, ağırlaşır, şişir və bərk ağrımağa başlayır. Belə hallarda ağrının yüngülləşməsi üçün həkim iltihab əleyhinə dərmanlar təyin edə və qidalanmanızdakı yeməkləri azalda bilər.
8 – Əzilmiş, kələ-kötür, ağ ləkələr, horizantal xətlər: dırnaq sədəfinə işarədir.
Əksər insanlarda bu simptomlar dəridəki səfəd xəstəliyi ilə əlaqələndirilir. Xroniki xarici immun xəstəliyinin xarakterik əlamətləri olan bu xəstəlik öz-özünə də yarana bilər. Sizdə heç vaxt dəri sədəfi olmayıbsa və dırnaqlarınızı korlamamanıza baxmayaraq, sizi qırılmalar, şişkinlik, kobudluq, rəng və fomasındakı dəyişkənlik, kiçik deşiklər narahat edirsə, xəstəliyin səbəbini tapmaq üçün müayinə olunun. İmmun sistemindən asılı olmayan xəstəliklər kimi, sədəf xəstəliyi də sağalmazdır. Lakin müasir yollarla və lazımi baxım olunduqda istənilən nəticəni əldə etmək mümkündür.
9 – Qaşığabənzər dırnaqlar: anemiya, lupus xəstəliyinin göstəricisidir.
Dırnağın üst təbəsəqi, üzərində bir damcı suyun qala biləcəyi qədər çökək olur. Bu qanda dəmir çatışmazlığını və ya əksinə, dəmirin həddən artıq olmasını göstərir. Bəzən dırnaqlardakı bu görünüş lupus xəstəliyinin göstəricisi ola bilir. Bunu isə həkim qan analizindən müəyyən edir. Qeyd edək ki, yeni doğulan körpələrin dırnaqları qaşığabənzər olur, lakin bir il müddətində hər şey normallaşır.
10 – Qurbağayabənzər dırnaqlar: yüngül xərçəng, xroniki ürək xəsətəliyi və böyrəklərdəki sirroza işarədir.
Əl və ayaq barmaqlarında dırnaqların yuvarlaq və şişməsidir. Buna baraban çubuqlu dırnaqlar da deyilir. Ürək-damar, mədə-bağırsaq xəstəliklərinin xarakterik göstəriciləridir. Bu zaman damarlarda müqavimət azalır, barmaqlara qanın axını sürətlənir, nəticədə dırnaqların skelet sistemini genişləndirir, toxumalar şişir və barmaqlar qurbağadakı kimi olur. Bu qırnaqlara məxsus olan insanlar hansı xəstəlikdən əziyyət çəkdiklərini bilirlər. Yox əgər bu halda fərqli şeylər hiss edirsinizsə, yaxşı olar ki, həkimə müraciət edəsiniz.
Firuzə Alimova / TurpKimi.com