Ayaqqabınızdan pis qoxu gəlir? - Sadə üsul


Siz də ayaq qoxusuna çarə tapa bilmirsinizsə, bir də bu üsulu sınaqdan keçirin. 

ayaqqabinizdan-pis-qoxu-gelir
06.01.2023 08:16 1 dəq oxuma

TurpKimi.com başa bəla olan ayaq qoxusuna qarşı sınanmış mübarizə metodlarından birini təqdim edir:

Bütün günü ayaqqabının içində olan ayaqlar bakteriyaların çoxalması nəticəsində  bir müddət sonra iy verməyə başlayır. Çarəsi çox asandır. Mətbəxə gedib bir çay dəmləyib için.Sonrası tər-təmiz ayaqlar...

Qara çay paketini atmayın 

Araşdırmalara görə paket qara çay ayaqqabıların içinə qoyulduqda qoxuya səbəb olan bütün bakteriyaları öldürəcək qədər güclü təsirə malikdir.

İçdiyiniz paket çayları zibilə atmayın. Soyuduqdan sonra ayaqabının içinə qoyun. 1-2 saat gözləyin. Daha sonra ayaqqabının içliyini silin.  

Bu əməliyyatı həftədə bir dəfə tətbiq edə bilərsiniz. Proseduru axşam saatlarında etsəniz ayaqqabının nəmi  səhərə qədər çəkilər. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb: 17.10.2019