Övlad sahibi olmaq üçün gündə 7-9 saat yatmaq lazımdır.
Bu sözləri türkiyəli mütəxəssis Dr.Betül Görgen bildirib. Onun sözlərinə görə az və çox yatan kişilərin ata olmaları risk altındadır.
“Yatmağın azı da, çoxu da kişinin cinsi hüceyrələrinə zərərlidir. Gündə 6 saatdan az və ya 9 saatdan çox yatmaq kişinin övlad sahibi olmaq şansını azaldır. Gecə 6 saatdan az yatan kişilərin ata olma şanslarının 43 faiz, 9 saatdan çox yatanların övlad sahibi olma şansının 42 faiz azaldığı ortaya çıxıb”.
Boston Universitetində aparılan araşdırmanın nəticələrindən danışan mütəxəssis bildirib ki, süni mayalanma üçün müalicə olunan 695 cütlükdə kişi və qadınların yaşları 21- 45 arasında olub. Araşdırmaçılar tərəfindən kişiləri yuxu müddəti davamlı olaraq nəzarətdə olub. Bir il ərzində 8 həftədən bir qadınların hamilə olub-olmadıqlarına baxılıb. Belə ki, kifayət qədər yaxşı yatmayan kişilərin hüceyrələrində keyfiyyətin azaldığı ortaya çıxıb.
Gecə 7-9 saat yatmağın kişilər üçün ən ideal yuxu saatı olduğunu qeyd edən Dr.Görgen, spermanın yaranmasında əsas hormon olan testosteronun yuxu pozulmalarından təsirləndiyini xüsusi vurğulayıb. Çünki gün ərzində testosteronun çoxu yuxu zamanı hazırlanır. Yuxuda yaranan problemlər isə bu yolla spermanın hərəkətliliyinə və morfologiyasına mənfi təsir göstərir.
Firuzə Alimova / TurpKimi.com