AZAL Bakı-İstanbul-Bakı reysinə baqajsız bilet satmağa başladı


"Azərbaycan Hava Yolları" QSC (AZAL) pilot layihə çərçivəsində Bakıdan Türkiyənin İstanbul şəhərinə və əks istiqamətdə həyata keçirdiyi reyslərə baqajsız bilet satmağa başlayıb.

azal-baki-istanbul-baki-reysine-baqajsiz-bilet-satmaga-basladi
01.09.2022 20:40 1 dəq oxuma

 Bu barədə aviaşirkətdən bildirilib.

Məlumata görə, onlayn aviabilet bron edənlər daha sərfəli "Economy Lite” tarifini seçə bilərlər. Bura yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir. Əgər baqaj lazım olsa, sərnişin onu onlayn "Rezervasiyanın idarə edilməsi” bölməsində, 24 saat xidmət göstərən çağrı mərkəzi ilə əlaqə saxlayaraq və yaxud birbaşa hava limanında qeydiyyat masasından əldə edə bilər.

TurpKimi.com